Övladını özünə bənzətməyən atadan DƏHŞƏTLİ ƏMƏL – Gecə saat 5-də... - VİDEO

Övladını özünə bənzətməyən atadan DƏHŞƏTLİ ƏMƏL – Gecə saat 5-də... - VİDEOÖtən ilin avqust ayında gecə saat 05 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində həyat yoldaşı Şəhanə Məmmədovanı amansızlıqla öldürməyə cəhd edən 1976-cı il təvəllüdlü Baba Məmmədov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsilə təqsirləndirilən B.Məmmədovun hadisə vaxtı arvadına 22 bıçaq zərbəsi endirməsi məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, B.Məmmədov 4 azyaşlı uşaq anası olan həyat yoldaşı Şəhanəni qısqanclıq zəminində öldürməyə çalışıb.

Belə ki, mal-qara saxlayan və dolanışığı heyvandarlıqdan çıxan Baba həftənin 2-3 günü Qobustan rayonunun Ərəbqədim kəndi ərazisindəki fermada, digər günləri isə ailəsi ilə Pirəkəşkül qəsəbəsində olub. 2019-cu ildə onun 4-cü övladı – Hüseyn dünyaya gəlib. Lakin ailə başçısı oğlunun ona oxşamadığını düşünüb və ailədə söz-söhbətlər yaranmağa başlayıb.

Həyat yoldaşının ona xəyanət etdiyini düşünən kişi şübhələrini sübut edə bilməyib. O, xanımının telefonunu alıb özündə saxlayıb və daha sonra telefonu sındıraraq atıb. Lakin ürəyində şübhələr qalan Baba Məmmədov Şəhanəni incitməyə, onu döyməyə davam edib.

Nəhayət keçən il avqustun 15-nə keçən gecə o, həyat yoldaşını öldürmək qərarına gəlib və qadını yerə yıxaraq ayağını kürəyinə dirəyib. Bu vəziyyətdə qadının kürəyinə 10 bıçaq zərbəsi endirən kişi daha sonra onu sürüyərək həyətə çıxarıb. Yuxudan oyanan azyaşlı övladının yalvarışlarına baxmayaraq burada qadına daha 12 bıçaq zərbəsi endirən şəxs onun öldüyünü düşünrək uzaqlaşıb. Qan içində qalan qadın qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Məhkəmə B.Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

[/youtube]


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2381   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel