"Şuşada yeni məscidin tikilməsi İslam dininə ehtiramın nümunəsidir" - DEPUTAT

"Şuşada yeni məscidin tikilməsi İslam dininə ehtiramın nümunəsidir" - DEPUTAT"Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalının keçirilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, həm də Qarabağın tarixi simasının bərpası deməkdir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, 32 ildən sonra keçirilən "Xarıbülbül" musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir:

"Əslində bu festival 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davam etməsi demək idi. Bilirsiniz ki, hər il Şuşada "Xarıbülbül" musiqi festivalının keçirilməsi ilə yanaşı, həm də gələn il şəhərin 270 illik yubileyi qeyd olunacaq. Şuşa şəhəri yenidən bərpa edilir. Bilirsiniz ki, bu şəhərin bərpası, dirçəlişi, onun əvvəlki şöhrətinin və gözəlliyinin qaytarılması üçün dövlətimiz tərəfindən bütün lazım olan addımlar atılmaqdadır. Elə bu yaxınlarda dövlətimizin başçısı tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha sübut edir. Şuşada "Xarıbülbül" musiqi festivalının keçirilməsi ölkəmizdə müxtəlif dini konfessiyaların, fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi".

Deputat vurğulayıb ki, Şuşada yeni məscidin təməlinin qoyulması,Yuxarı Gövhərağa məscidinin bərpası dövlət tərəfindən İslam dininə və multikultural dəyərlərə ehtiramın nümunəsidir:

""Xarıbülbül" musiqi festivalının müqəddəs Ramazan bayramı günlərində keçirilməsi rəmzi məna daşıyırdı. 30 il ərzində Ermənistan əsasən Azərbaycanda müxtəlif dini, etnik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparıb, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulub, milyonlarla vəsait xərclənib. Təbii ki, bu təxribatda xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər canfəşanlıq edib. 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələrinin vahid bayraq altında birləşərək döyüşməsi ermənilərin illərdir milyonlar xərclədiyi bu təbliğatının mənasız olduğunu bütün dünyaya sübut etdi. Eyni zamanda, 44 günlük Vətən müharibəsi Azərbaycanda əsrlərlə mövcud olan tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində böyük diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi. Bundan əlavə, bilirsiniz ki, ölkəmizdə albanşünaslığa xüsusi diqqət və qayğı var. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənddə kilsəni ziyarət etməsi, Alban dilinin tədrisi, Qarabağda alban-xristian irsinin bərpası və, bundan əlavə, ölkəmizin müxtəlif yerlərində xristian abidələrinin qorunması və bərpası bu qayğını bir daha sübut edir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 639   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel