Nəriman Ağayev: "Toylara icazə verilsin, yalnız peyvənd olunanlar içəri buraxılsın"

Nəriman Ağayev: "Toylara icazə verilsin, yalnız peyvənd olunanlar içəri buraxılsın"Azərbaycanda koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən etibarən toylar qadağan edilib. Bir ildən çox vaxt keçib, amma qadağa hələ də qüvvədədir və ən əsası, nə vaxt aradan qaldırılacağı da məlum deyil. Bir çox cütlük gözləməyə davam edir, bəziləri isə münasibətlərini təntənəli mərasim keçirmədən rəsmiləşdirirlər.

Bundan əlavə, sözügedən qadağa bu sahədə çalışanlara da mənfi təsir edir. Söhbət şadlıq evlərinin fotoqrafları, videoqrafları, inzibatçıları, ofisiantları, aşpazları və müdirlərindən gedir.

Dayanıqlı İnkişaf Tədqiqat Mərkəzi ölkədə toylara icazə verilməsi şərtləri ilə bağlı ictimai rəy sorğusu keçirib.

"Bu, həqiqətən çox aktual bir mövzu və hətta problemdir. Bu gün bir çox insan işsiz qalıb. Mən hələ cütlüklərin bir ildən çoxdur toylarını edə bilmədiyini demirəm. Gec-tez pandemiya ilə yaşamağı öyrənməliyik, xüsusən də nəzərə almaq lazımdır ki, ölkədə mövcud karantin rejimi fonunda vaksinasiya prosesi davam edir. Toyların keçirilməsini mümkün edəcək müəyyən şərtlərin hazırlanması vacibdir. Məhz bu mövzuda ictimaiyyət arasında sorğu apardıq", - deyə adı çəkilən Mərkəzin rəhbəri Nəriman Ağayev Media.Az-a bildirib.

Onun sözlərinə görə, anket sorğusunda gənc cütlüklərlə yanaşı, şadlıq evlərinin müdirləri, sürücülər, fotoqraflar, videoqraflar, inzibatçılar, ofisiantlar, bir sözlə, bu sahədə çalışanların hamısı iştirak edib.

"Respondentlərin demək olar ki, 99,9%-i ölkədə qeyd olunan şərtlərin işlənib hazırlanmasının tərəfdarıdır. Belə ki, məhz həmin şərtlər əsasında yenidən toyları bərpa etmək mümkün olacaq. Demək olar ki, hamı yekdilliklə qeyd etdi ki, şadlıq evlərinin girişində peyvənd sertifikatı tələb olunmasını qəbul edirlər. Bu, bir tərəfdən vaksinasiya miqyasının artmasına səbəb olar, digər tərəfdən də toy mərasimlərini bərpa etmək mümkün olardı", - deyə qurum sədri izah edib.

Nəriman Ağayev qeyd edib ki, peyvənd edilməsinə qadağa qoyulmuş şəxsləri, həmçinin artıq xəstələnənləri də nəzərə almaq lazımdır. Lakin onların da müvafiq sertifikatları olmalıdır.

"Toy etmək və ya toyda iştirak etmək istəyirsinizsə, koronavirusa qarşı peyvənd vurdurun. Yalnız bu şəkildə tədricən normal həyata qayıda bilərik", - deyə N.Ağayev əlavə edib./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1600   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel