"Ermənilər anlamalıdırlar ki, təxribatlarının heç bir nəticəsi olmayacaq" - Deputat

"Ermənilər anlamalıdırlar ki, təxribatlarının heç bir nəticəsi olmayacaq" - DeputatErmənilərin təxribatları davam edir. İllərdir ki, yalan informasiyalarla dünyanı aldatmağa çalışan ermənilərin bu dəfənki uydurması guya Azərbaycan ordusunun Ermənistan ərazisinə daxil olması ilə bağlıdır.

Bu barədə Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, ermənilərin sərhəddə törətdikləri növbəti təxribat Laçın rayonu ərazisində yerləşən Qaragölün Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsi ilə əlaqədardır:

"Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası ilə bağlı iki ölkənin dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesləri həyata keçirilir. Mövcud olan əsas xəritələr vasitəsilə sərhədlər dəqiqləşdirilir. Nəzərə almaq lazımdır ki, həmin xəritələr SSRİ dönəmində Moskvada Baş Geodeziya və Kartoqrafiya Komitəsi tərəfindən hazırlanıb. Yəni bu xəritələr milli respublikalar tərəfindən deyil, mərkəz tərəfindən təsdiq olunub və tam qüvvədədir. Düşünürəm ki, erməni rəhbərliyi bunu gözəl bilir. Məsələ ondadır ki, işğal nəticəsində yaranmış vəziyyətdən sui-istifadə edən ermənilər sərhəd xətlərini birtətərəfli qaydada Azərbaycan tərəfinə keçirərək qanunsuz məskunlaşma aparıblar. Bu da son 25-27 il ərzində həmin ərazidə yaşayan, 44 günlük müharibədə biabırcasına məğlub olan ermənilər tərəfindən narazılıqla qarşılanıb. Digər tərəfdən, hazırda Ermənistanda növbədənkənar seçki prosesinə start verilib. Erməni cəmiyyətində ciddi parçalanmalar baş verib. Bir-birinə qarşı düşmən mövqedə olan siyasi qüvvələr bir çox məsələlərlə yanaşı, sərhəddə baş verənləri də şişirtməklə reytinq qazanmağa, məğlubiyyət faktorunda qarşı tərəfi günahlandırmağa çalışırlar. Əsassız iddialarla, yalanlarla beynəlxalq təşkilatları, Fransa və bəzi erməni təəssübkeşi olan dövlətləri Azərbaycan əleyhinə səfərbərliyə cəlb etməklə müəyyən divident əldə etmək istəyirlər. Düşünürəm ki, gələcəkdə də belə təxribatlar ola bilər. Uzun illər düşmənçilik etmiş iki xalq arasında belə təxribatların olması təbiidir. Ancaq, ermənilər anlamalıdırlar ki, bütün bunların heç bir nəticəsi olmayacaq. Güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, sərhədlərin qorunmasında da öz sözünü deyəcək. Hüquqi sənədlər və beynəlxalq qanunlar Azərbaycanın haqlı olduğunu göstərir. Ölkəsinin rastlaşdığı ciddi problemləri həll etmək iqtidarında olmayan Makron kimi rəhbərlər məsələnin mahiyyətini bilmədən qərəzli bəyanatlar səsləndirməklə, özlərini növbəti dəfə gülünc vəziyyətə salırlar. Regionun problemlərini yalnız regiona aidiyyəti olan dövlətlər həll edə bilər. Kənar müdaxilələr nizamlama prosesini ancaq ləngidə bilər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 668   Tarix: 18 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədə

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Təlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA

Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart