Rasim Məmmədovun bacanağı İNTİHAR ETDİ

Rasim Məmmədovun bacanağı İNTİHAR ETDİBir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən "Baku Steel Company" MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov intihar edib.

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ilk məlumatı iş adamı, sabiq deputat Nazim Bəydəmirli yayıb.

O bildirib ki, E.Rəhimov illər öncə elə "Baku Steel Company"də bacanağı R.Məmmədovla işləyib. Daha sonra onların qanunsuz əməlləri ilə razılaşmayaraq etiraz edib və şirkətlə yollarını ayırıb.

İddiaya görə, bundan sonra R.Məmmədov təzyiq edərək baldızının Elşən Rəhimovdan boşanmasına səbəb olub. Ardınca isə Elşən Rəhimov xaricə köçüb və orada karqo şirkəti yaradıb.

Onun ölkədən didərgin düşməsinə səbəb olan Rasim Məmmədovu DTX həbs edəndən sonra Elşən Rəhimov ailəsi ilə barışacağına ümid edərək Azərbaycana qayıdıb.

Daha sonra Elşən Rəhimov keçmiş bacanağının istintaqına cəlb edilsə də, R.Məmmədovla əlaqəsinin olmadığı müəyyən edilib və sərbəst buraxılıb.

Ramazan bayramı günü Elşən Rəhimov növbəti dəfə həyat yoldaşı ilə görüşərək yenidən bir araya gəlmək istədiyini bildirib, lakin barışıq təklifi qəbul edilməyib.

E.Rəhimov bundan sonra Bakıda yerləşən binalardan birində özünü asaraq intihar edib.

R.Məmmədovun dostlarından biri "Qafqazinfo"ya məlumatı təsdiqləyib. Qeyd edib ki, E.Rəhimovun boşanması sadəcə sənəd üzərində olub. O, ailəsi ilə mütəmadi əlaqə saxlayıb.

Hüquq-mühafizə orqanlarından saytımıza bildirilib ki, mayın 13-ü və 14-də Elşən Rəhimov adında şəxsin intihar etməsi ilə bağlı rəsmi informasiya mövcud deyil.

Xatırladaq ki, R.Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2446   Tarix: 18 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Xınalığa dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

20 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel