Ermənistan fərarilərinin hesabını itirib

Ermənistan fərarilərinin hesabını itiribErmənistanın "Hraparak" qəzitinin verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin təxminən 160 əsgəri İran ərazisindədir. Əlbətdə ki, söhbət Qarabağ müharibəsi zamanı erməni ordusunun güclü regional gücün ərazisinə hərbi təcavüzündən getmir. Ötən il Qarabağdakı 44 günlük müharibə zamanı Azərbaycan ordusunun zərbələrindən qorxaraq qaçan bir qrup erməni hərbçi hələ də İrandadır.

"İranın onları hansı statusda saxladığı məlum deyil", deyə erməni qəzeti yazır.

Qeyd olunur ki, İrana sığınan erməni əsgərləri ilə bağlı məsələ bu yaxınlarda İslam Respublikasının yüksək rütbəli hərbi personalından ibarət nümayəndə heyətinin Ermənistana səfəri zamanı müzakirə edilib.

"Müdafiə Nazirliyi bu mövzuda şərh vermir", - deyə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Gevorq Altunyan "Hraparak"ın sorğusuna bu cavabı verib.

"Vestnik Kafkaza" xatırladır ki, yüksək rütbəli İran hərbçilərinin Ermənistana səfəri ilə bağlı ilk məlumatlar bir-iki gün əvvəl erməni "Telegram" kanallarında yayılmışdı. Həmin nəşrlərin məlumatlarına görə, "İran nümayəndə heyətinin üzvləri Ermənistan rəhbərliyinə hərbi yardım vəd ediblər, xüsusən də Zəngəzurda bütün sərhəd boyunca müvəqqəti yerləşdirilmək üçün texnika və qoşunları gətirməyi təklif ediblər".

Bildirilir ki, guya Ermənistan hökuməti İran tərəfin köməyindən imtina edib.

Vətən müharibəsi nəticəsində İran-Azərbaycan münasibətləri çətin mərhələ keçir və qarşılıqlı maraqların yenidən qiymətləndirilməsi dövrünü yaşayır. İrandakı 160 erməni əsgəri haqqında bu günki məlumatların "sızması" hərbi heyətinin İrəvana səfərinin Azərbaycana qarşı düşmənçiliyin təzahürü olmadığı, başqa məsələ ilə - məsələn, erməni fərarilərilərinə dair siqnal olduğunu göstərmək istəyən İran tərəfinin təşəbbüsü ilə baş verə bilərdi.

Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin İrana qaçan 160 hərbçi barədə məlumatı nəinki təkzib edə bilməməsi, hətta onu şərh edə bilməməsi də dolayı yolla məlumatın etibarlılığından xəbər verir. Üstəlik, vəziyyət müharibədəki məğlubiyyətdən sonra Ermənistan ordusunun çətin reallıqlarının ümumi kontekstinə uyğundur: 17 mayda Ermənistan prezidenti Armen Sarkisyan axtarışda olan 5000-dən çox fərarini və 124 məhkumu bağışladı. İrandakı 160 "erməni miqrant"ın bu siyahılara daxil olub-olmaması məlum deyil. Bununla yanaşı, nə qədər ki, Ermənistan minlərlə fərarisinin siyahısını araşdırmayacaq və kimin, hara və nə vaxt qaçdığını müəyyənləşdirməycək, Azərbaycanla əsir və itkin düşmüş şəxslərlə bağlı əsaslı dialoq aparmaq çətin olacaq.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanın itkin düşmüş əsgərlərinin siyahısını açıqlaya bilmədiyini açıq mətndə bəyan edib. Erməni tərəfi dövlət strukturlarının iflic olduğu bir vəziyyətdə "Azərbaycanın tutduğu hərbi əsir" olaraq tapa bilmədiklərinin bəzilərini "silinməyə" üstünlük verir. Mövqe əlverişlidir - həm Azərbaycana təzyiq üçün bir vasitədir, həm də Ermənistanın dövlət orqanları tərəfindən məsuliyyəti ötürərək tapıla bilməyənlərin hamısına bürokratik utilizasiya üsuludur.

Bakıda da öz növbəsində erməni tərəfin bu cür iddialarına əhəmiyyət vermirlər: "Fərarilərinizlə özünüz məşğul olun - bu işin bizə dəxli yoxdur". (Oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 902   Tarix: 22 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021