"Medianın İnkişafı Agentliyinin yaranması bu sahəyə diqqəti daha da artırıb" - Emil Əkbərov

"Medianın İnkişafı Agentliyinin yaranması bu sahəyə diqqəti daha da artırıb" - Emil ƏkbərovXəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediasına və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihələri elan edib. Müsabiqələrdən birinə ictimai-siyasi qəzetlər, digərinə isə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.

Bununla bağlı Sonxeber.az-a açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Akbarov bildirib ki, son illər Azərbaycanda siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində, eləcə də media sahəsində aparılan islahatlar davam etdirilir:

"Medianın İnkişafı Agentliyinin yaradılması da milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı sayıla bilər. Eyni zamanda, Medianın İnkişafı Agentliyinin mediamızın inkişafı sahəsində atacağı addımlar milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Hazırda müxtəlif internet resurslarında formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biridir. MEDİA-nın yeni rəhbərliyinin media sektorumuzun inkişafı sahəsindəki çağırışları və bu sahədəki iş təcrübəsi deməyə əsas verir ki, Agentlik cənab Prezidentin media qarşısında qoyduğu yeni inkişaf tələblərini əhəmiyyətli səviyyədə icra edə biləcək. Aparılacaq islahatlar medianın dövlət maliyyələşməsini, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və jurnalistlərin peşəkarlıq səviyyəsini artıracaq. Ən önəmlisi isə media-dövlət-cəmiyyət üçbucağında sağlam əməkdaşlığı, medianın bütün qurumlarında məsuliyyət və etik-peşə davranışlarının daha təkmil hala gətirilməsini, beynəlxalq əlaqələrin qarşılıqlı faydalı platformaya çevrilməsini yüksək səviyyədə təmin edə biləcək".

Emil Əkbərov vurğulayıb ki, bu gün media daha dinamik variantlara keçir:

"Medianın İnkişafı Agentliyinin yaranması və media haqqında qanun layihəsinin hazırlanması məsələsi bu sahəyə olan diqqəti daha da artırıb. Medianın İnkişafı Agentliyinin saytlarla bağlı elan etdiyi müsabiqə saytlar üçün faydalı olmaqla yanaşı, həm də layihə sahəsində yeni mühit yarada biləcək. Çap mediası üçün elan edilən yeni müsabiqə qaydaları qəzetlər arasında da sağlam rəqabət mühiti formalaşdıracaq. Həmçinin, qəzetlərin veb-saytlarına ayrıca maliyyənin ayrılması da yenilikdir. Düşünürəm ki, bu addım gələcəkdə qəzetlərin də bu versiyalara üstünlük verməsinə şərait yaradacaq. Bundan əlavə, düşünürəm ki, müsabiqə çap mediasının onlayn mediaya inteqrasiya etməsinə təkan verəcək. Ümumiyyətlə çap və onlayn media subyektləri üçün elan olunmuş müsabiqə beynəlxalq müstəvidə mediada gedən müasir prosesləri özündə ehtiva etməklə yanaşı, həm də Azərbaycan media subyektlərinin peşəkarlığının artırılmasını, onların simasının müasirləşməsini, beynəlxalq rəqabətdə imkanlarının artırılmasını hədəfləyib".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 888   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdityevin qohumudur

Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb. "Qaynarinfo"-ya istinadla xəbər verir ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğu

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel