Binəqədidə icra məmurunun döyülməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB+VİDEO

Binəqədidə icra məmurunun döyülməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB+VİDEOİyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Oxu.Az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı müəyyən olunub ki, Binəqədi rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

15:27
Azərbaycanda icra məmuru döyülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə video paylaşılıb.

Məlumatlara görə, Binəqədi rayon icra və probasiya şöbəsinin əməkdaşı Faiq Əkbərov səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb.

İlkin məlumatlara görə, 2016-cı il tarixli məhkəmə qərarına əsasən, vətəndaşın "Mətanət-A" şirkətinə 8000 manat borcu olub. İcra məmuru borcun ödətdirilməsini təmin etmək üçün borclu olan şəxsin evinə əmlakları siyahıya almaq üçün gedib. Bu zaman borclu şəxs tərəfindən döyülüb.

Hadisə Binəqədi rayonu ərazisində baş versə də, dəqiq tarix bəlli deyil.

Ədliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5026   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021