Ermənistan vətəndaşlarından ibarət terrorçu qrupun daha 26 üzvü barəsində cinayət işi məhkəməyə göndərilib

Ermənistan vətəndaşlarından ibarət terrorçu qrupun daha 26 üzvü barəsində cinayət işi məhkəməyə göndərilibDövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.

İstintaq nəticəsində müəyyən edilmişdir ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmişlər.
Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 700   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

13 yaşlını izləyib küçənin ortasında görün hansı iyrəncliyə yol verdi - FOTO

Maltepedəki (Türkiyə) məktəbli qıza qarşı yaşanan görüntülər şəhər sakinlərini həyəcanlandırıb.. . Sonxeber.az haberler.com-a istinadən xəbər verir ki, küçənin ortasında dərsdən evə dönən 13 yaşlı qızı izləyən şəxs ona hansısa bir maddə iylətməyə çalışıb. Lakin kənar şəxslərin müdaxiləsindən sonra qaçı

11 iyun

Çində ali məktəblərə qəbul imtahanlarında 10 milyondan çox məzun iştirak edir - VİDEO

Çində iyunun 7-də başlayan ali məktəblərə qəbul imtahanlarında ("Gaokao") 10 milyon 780 min məzun iştirak edir.. . Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin Təhsil Nazirliyinə istinadla xəbər verir ki, ötən il olduğu kimi bu ildə də imtahanlar epidemiya əleyhinə qaydalara uyğu

10 iyun

Kişilər qadınlara nisbətən özlərini daha sağlam hiss edirlər

Kişilər qadınlara nisbətən özlərini daha sağlam hiss edirlər.. . Bu barədə "Ajans Press" Avropa Statistika Ofisinin hesabatına istinadən xəbər yayıb.. . Araşdırma nəticəsində məluma olub ki, 18-44 yaş arası kişilərin 88,3 faizi, qadınların isə 86,3 faizi özünü daha sağlam hiss edib.. . İkinc

10 iyun

Avstraliya qəzeti azərbaycanlı jurnalistlərin Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmasından yazıb

Avstraliyada ingilis və türk dillərində nəşr olunan "Turkish News Press" qəzeti AZƏRTAC-ın və AzTV-nin əməkdaşlarının Kəlbəcərdə erməni separatçılarının basdırdığı minanın partlaması nəticəsində həlak olmaları ilə bağlı məqalə yayıb.. . AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycan Xarici İşlə

10 iyun

Qadın ərini öldürüb - FOTO

Braziliyada qadın mübahisə zamanı ərini öldürüb, sonra ürəyi soyumayıb cinsiyyət orqanını da kəsərək tavada qızardıb.. . Sonxeber.az haberler.com-a istinadən xəbər verir ki, Sao Qonsala şəhərindən olan 23 yaşlı Dayane Kristina əri Rodriqes Maçado ilə boşanma ərəfəsində olub. Evdən gələn səs-küydən sonr

10 iyun

12 yaşında məktəbi qurtaran yeniyetmə özünə iş qurdu - FOTO

Amerikanın Şimali Karolina ştatından olan yeniyetmə Mayk Uimmer 12 yaşında olmasına baxmayaraq, artıq orta məktəbi və kolleci bitirib, həmçinin özü üçün iki iş qurub.. . Bu barədə "NBC News" xəbər verib.. . Məlumata görə, Mayk Uimmer uşaq yaşlarından dərsləri rahatlıqla öyrənib, amma yaşını

10 iyun

Vatsapdan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK

Android qurğularının sahibləri Vatsap hesablarına "fleş-zəng" vasitəsilə daxil ola biləcəklər.. . Sonxeber.az xəbər verir ki, bu barədə "Webetainfo" məlumat yayıb.. . Hazırda mesencerdə hesaba daxil olmaq üçün SMS-paroldan istifadə olunur - smartfona birdəfəlik şifrə gəlir.. . Yen

10 iyun

Marsa göndərilən helikopter yeddinci uçuşunu həyata keçirib - VİDEO

Marsa göndərilən "Ingenuity" helikopteri "Qırmızı planet"in səthi üzərində yeddinci uçuşunu müvəffəqiyyətlə tamamlayıb.. . Bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası xəbər verib.. . 62.8 saniyə davam edən uçuş zamanı helikopter şəkillər də çəkib. Cihazın 106 metr cənuba uçduğ

10 iyun

Yer yarıldı, ətrafdakı hər şeyi "uddu" - ANBAAN VİDEO

Qüdsdə qaribə təbiət hadisəsi baş verib.. . Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, şəhərdə yerləşən xəstəxanaların birinin avtomobil parkında qəfil çökmə baş verib. Hadisə nəticəsində avtomobillərin, ətrafdakı ağacların çuxura düşmə anı anbaan təhlükəsizlik kameralarına yazılıb.

10 iyun

vipemlak.az