İşğaldan azad olunmuş ərazilərdə azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkündürmü?

İşğaldan azad olunmuş ərazilərdə azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkündürmü?Ermənistanın destruktiv mövqeyi, Azərbaycana qarşı 30 illik işğalçılıq və təcavüzkarlıq siyasəti bu ölkənin blokada vəziyyətinə düşməsi, iqtisadi-sosial və digər sahələrdə ciddi geriləməsi, regional və transmilli layihələrdən kənarda qalması ilə nəticələndi. İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətdən sonra isə Ermənistanda iqtisadi-sosial və digər sahələr iflic vəziyyətə düşdü, dövlət idarəçiliyi nəzarətdən çıxdı, daxili qarşıdurma pik həddinə çatdı. Bu gün Ermənistanda yaşananlar onu deməyə əsas verir ki, ölkə vətəndaş müharibəsinin astanasındadır.
Əhalinin gəlirlərinin minimuma enməsi, sosial müavinətlərin və maaşların verilməməsi, iqtisadi göstəricilərin ciddi şəkildə aşağı düşməsi, hərc-mərcliyin son həddə çatması, oğurluq və cinayət hallarının xeyli artması, ordunun darmadağın edilməsi və sairə bu kimi faktlar Vətən müharibəsinin Ermənistana vurduğu acı nəticələrdir. Bütün bu amillər onu göstərir ki, Azərbaycan təkcə öz əzəli torpaqlarını işğaldan azad etməyib, həm də təcavüzkar və işğalçı Ermənistanın dövlət dayaqlarını ciddi şəkildə sarsıdıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin əsasını təkcə müasir silahlarla təchiz olunmuş Ordu təşkil etmir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən aparılan müdrik, dəqiq konturlara malik daxili və xarici siyasət Vətən müharibəsində Qələbənin qazanılmasında açar rol oynadı.
Vətən müharibəsindəki Qələbə eyni zamanda beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Belə ki, Qarabağ münaqişəsi ilə bağlı illər ərzində icra olunmayan qətnamələrin tələblərini Azərbaycan öz ordusu, gücü vasitəsilə təmin etmiş oldu.
Vətən müharibəsindəki Qələbə Ermənistan reallıqlarını da dünyaya çılpaq şəkildə nümayiş etdirmiş oldu. İllər ərzidə "qüdrətli" epiteti ilə təbliğatı aparılan Ermənistan ordusunun əslində mifdən başqa bir şey olmadığı ortaya çıxdı. Görünən o oldu ki, Ermənistan ordusunun əsl "qüdrəti" müharibə zamanı bayraqlarını, tanklarını qoyub qaçmaqda, əsgərlər döyüşdən qaçmasınlar deyə qandalla bağlanmalarında imiş.
Azərbaycan Vətən müharibəsində qazandığı Qələbə ilə dünyaya gücünü nümayiş etdirməklə yanaşı, regionda yeni reallıqlar formalaşdırmış oldu. Belə ki regionda təhlükəsizliyin təmini və yeni iqtisadi əməkdaşlıqların formalaşması üçün geniş şərait yarandı. Əminliklə demək olar ki, hazırki gedişat Ermənistandakı mövcud iqtisadi, sosial və siyasi böhranı daha da dərinləşdirəcək və bu ölkə uzun illər ərzində özünü toparlaya bilməyəcək. Çıxış yolu, əlbəttə ki, revanşist fikirlərdən uzaq durmaqda və Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmaqdadır. Ermənistan başa düşməlidir ki, Azərbaycan kimi güclü, qüdrətli bir dövlətlə başqa dildə danışmaq mümkün deyil. İndi hər şey Ermənistanın davranışından asılıdır - ya bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq, ya da Azərbaycanın şərtlərinə əməl edərək regionda yaranmış yeni əməkdaşlıq imkanlarından istifadə etməklə öz gələcəyini quracaq.
Nəhayətdə Ermənistan anlamalıdır ki, mövcud böhrandan çıxmağın və iqtisadi inkşafa nail olmağın yolu Azərbaycana qarşı iddialardan əl çəkməkdən keçir. Ermənistan terror siyasətinə son qoymalı, üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirməli, revanşist fikirlərdən tamamilə imtina etməli, Azərbaycanla əməkdaşlığa maraq göstərməli və ölkəmizin potensialından digər ölkələr kimi yararlanmağa meyillənməlidir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də dəfələrlə Ermənistana çıxış yolunu göstərib. Mayın 20-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilən müzakirələrdə də Azərbaycanın dövlət başçısı regionda baş verən mühüm məsələlərdən danışmış və bir daha Ermənistana çıxış yolu göstərmişdir: "Bu gün məğlub Ermənistandakı mövcud durum acınacaqlıdır. İkinci Qarabağ müharibəsi regionda vəziyyəti tam dəyişib və bu səbəbdən də Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. İndi tərəflər gələcəyə baxmalıdırlar. Hətta 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Azərbaycan əməkdaşlığa və ümumi gələcəyin planlaşdırılmasına açıqdır. Biz qonşu olduğumuz üçün birgə yaşamanı öyrənməliyik. Düzdür, bu, çətin prosesdir. Amma regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin təmini üçün reallıqlarla barışmaq ən doğru variantdır".
Fikrimizcə, Cənab Prezidentin bu fikirlərini Ermənistan özü üçün xilas resepti kimi qəbul etməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 949   Tarix: 14 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel