Mina xəritələrinin verilməsi növbəti diplomatik uğurumuzdur

Mina xəritələrinin verilməsi növbəti diplomatik uğurumuzdurBeynəlxalq humanitar hüquq dövlətlərin dünya miqyasında məsuliyyət daşıdığı bir çox öhdəliyi əhatə edir. Hər hansı bir ölkə ilə hərbi konflikt yaşamış bir dövlət həmin tərəf qarşısında beynəlxalq öhdəliklərinə əməl etmədiyi təqdirdə Beynəlxalq Ədalət Məhkəməsində cavabdeh ola bilər. Bir çox hallarda bu öhdəlik həmin dövlətə vurulmuş ziyanın ödənilməsi ilə yerinə yetirilir. Dövlətin hərbi, insanlıq əleyhinə cinayətlər və soyqırımı törətdiyi üçün günahkar olanları milli səviyyədə mühakimə etmək istəməməsi həmin dövlətin öz öhdəliklərinə əməl etməməsidir.
Bəs belə dövlətləri və eyni zamanda ayrı-ayrı şəxsləri humanitar qanunlara riayət etməyə məcbur etmək olarmı? Beynəlxalq humanitar hüquq pozuntularına görə kim və necə məsuliyyətə cəlb edilə bilər?
Məlumdur ki, beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir. Hamımızın şahidlik etdiyi bu həssas dönəmdə ölkəmizin beynəlxalq humanitar hüquq normalarından kənara çıxmadığını dünya ictimaiyyəti də izləyir.
Azərbaycan işğaldan azad etdiyi torpaqlarında yeni həyat qurmağa çalışır, öz sərhədlərini çəkir və ölkə başçısı səviyyəsində bədnam qonşumuz Ermənistanın təcavüzkar siyasətindən fərqli olaraq, bu ölkəyə qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir. Azərbaycanın davası insanlıq, bəşəriyyət naminə regionda sülh, barış və əmin-amanlığın bərpa edilməsi üçün idi. Lakin öz suveren hüququndan istifadə edərək, nəhayət sərhədlərini qalın və dərin cizgi ilə cızan ölkəmiz postkonflikt dövründə də haqsızlıqlara məruz qalmaqdadır. 30 il sülhü dəstəkləyən siyasəti ilə nəticə əldə etməyən bir ölkənin sərt üzünü görmək bir çoxlarının könlüncə olmayıb. Görünən odur ki, işğalçının hələ də davam edən terror və hərbi cinayətləri insan qanına susamış böyük gücləri qane edir.
Qarabağın azad olunmasından 7 ay keçir. Bu aylar ərzində Azərbaycan bəşəriyyətə ən yüksək humanist addımları ilə örnək olub desək, yanılmarıq. Ötən əsrin sonlarında insanlığa qarşı yönəlmiş vəhşiliklə xalqımızı yurd-yuvasından didərgin salıb, soyqırımı törətmiş bir millətə bu cür humanist davranış nümayiş etdirmək, bəlkə yer üzündə görünməmiş hadisədir. Dərisi diri-diri soyulan azərbaycanlı körpənin qatillərinə guya ki ibadət etdikləri məbədi ziyarətə şərait yaradan Azərbaycan tərəfi olmadımı? Ağılsız siyasətçilərinin sözü ilə Qarabağa savaş üçün gələn yüzlərlə erməni əsgərini valideynlərinə qaytaran yenə Azərbaycan rəhbərliyi, Azərbaycanın humanist siyasəti deyilmi? Bəli, soyuducularda saxladıqları cəsədlərdən fərqli olaraq, Qarabağın düzlərinə səpələnmiş erməni əsgərlərinin cəsədlərini birlikdə axtarıb, ölkəsinə təhvil verən yenə bizlərik. Nə Azərbaycan hökuməti, nə də Azərbaycan xalqı Qarabağda ölən erməni əsgərinə görə heç bir məsuliyyət daşımır. Bu haqda illərdir xəbərdarlıq etdik, dedik ki, ölmək istəmirsinizsə, rədd olun torpaqlarımızdan...
Azərbaycan Ordusu bütün dünyanı təhlükə altına alan bir terror yuvasını darmadağın edib. Ötən müddət ərzində üzdə insan haqları, beynəlxalq hüquq və humanizm mövzusunda rəylər, qərarlar, bəyanatlar verən dünya ictimaiyyəti nədənsə bu Qələbəni kölgələmək istəyir. Bu gün bütün Qarabağ minalanıb. Müharibə bitib, konflikt həll olub, lakin Qarabağda qurban verən yenə də Azərbaycandır. Müharibədən sonra Qarabağda bir erməni belə ölməyib. Hətta rahat şəkildə həyatlarına davam edib, toy da edirlər. Azərbaycan isə bu dövr ərzində doğma torpağının həsrətində olan sakinləri, xidməti vəzifəsini yerinə yetirən müxtəlif peşə sahiblərini, əsgərlərini itirib. Vətən müharibəsi bitdikdən sonra 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarda ermənilər tərəfindən basdırılmış minalar Azərbaycanın 100-ə yaxın vətəndaşının həyatına son qoyub.
Ermənistan tərəfi Cenevrə Konvensiyasının 1949 və 1977-ci illərdə qəbul edilmiş protokollarına zidd olaraq mina xəritələrini verməkdən müxtəlif bəhanələrlə boyun qaçırırdı. Burada təbii ki, əsas məqsəd zaman udmağa çalışmaqla regionda mövcud gərginliyi daha uzun bir müddətə kimi uzatmaq, məcburi köçkünlərin həmin torpaqlara qayıdışını əngəlləmək və Azərbaycan tərəfindən daha çox itkilərin olmasına nail olmaqdır.
Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq təşkilatlara və qurumlara xeyli sayda müraciətlər ünvanlanmış, dünya ictimaiyyətinə çoxsaylı çağırışlar edilmişdir.
Nəhayət, 12 iyun 2021-ci il tarixdə Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi və bunun müqabilində Azərbaycan tərəfində saxlanılan 15 nəfər erməninin Azərbaycan-Gürcüstan sərhədində Ermənistana qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü, qətiyyətli və uğurlu diplomatiyanın növbəti parlaq qələbəsidir. Mina xəritələrinin verilməsi minlərlə vətəndaşımızın həyatının təhlükədən xilas olması deməkdir, Ağdamda bərpa-quruculuq işlərinin daha sürətlə aparılmasına və məcburi köçkünlərin doğma yerlərinə daha tez qayıtmasına imkan yaradacaqdır. Bu hadisə eyni zamanda Ermənistanın Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməsinin və bu reallıqlarla barışmasının növbəti təzahürüdür.
İnanaq və ümid edək ki, Ermənistan Vətən müharibəsindən sonra bölgədə yaranan mövcud vəziyyəti düzgün qiymətləndirərək işğaldan azad edilmiş digər ərazilərdə basdırılmış minaların xəritələrini də Azərbaycana təqdim edəcək, dövlət sərhədində aparılan delimitasiya və demarkasiya prosesləri çərçivəsində hər hansı bir təxribat əməlləri törətməkdən çəkinəcəkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 657   Tarix: 14 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel