Avtomobil alarkən diqqətli olun! - Sizin də başınıza gələ bilər - VİDEO

Avtomobil alarkən diqqətli olun! - Sizin də başınıza gələ bilər - VİDEODaxili kreditlə avtomobil alan qadının başına iş gəlib. O, 6 min manat ilkin ödəniş edərək 30 min manatlıq avtomobil alıb. 3 gündən sonra avtomobildə ciddi nasazlıq yarandığından maşını satan şəxslə birlikdə ustaya gedib. Elə hadisə də bundan sonra baş verib.

Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, bahalı avtomobil alan qadına külli miqdarda zərər dəyib.

Hadisə paytaxtda yaşayan Şəmkir sakini Lalə Hüseynovanın başına gəlib. Qadın iddia edir ki, Sumqayıt şəhərində Fariz adlı avtomobil alverçisindən ilkin ödəniş kimi 6 min manat verərək, ''Porşe'' markalı avtomobil alıb. Aralarında belə razılığa gəliblər ki, hər ay 1050 manat olmaqla, 23 ay ödəniş edəcək. Yəni avtomobilin ümumi dəyəri 30 min manat olub. Lalə Hüseynova deyir ki, avtomobili 3 gün idarə etdikdən sonra maşının mühərriyində ciddi problemlər yaranıb. Qadın iddia edir ki, avtomobili usta yoxlayarkən onun xərcinin çox olduğu aşkar edilib.

Bir müddət gözlədikdən sonra qadın ərazi üzrə Sumqayıt şəhər 4-cü polis bölməsinə müraciət edib. Polis işi araşdırıb və həmin şəxsi tapıb. Fariz adlı şəxs qadına söz verib ki, satdığı avtomobili öz ustasında təmir etdirib saz vəziyyətdə geri qaytaracaq.

Lalə Hüseynova iddia edir ki, avtomobilini oğurlamaqla Fariz ona külli miqdarda ziyan vurub. Məsələ ilə bağlı avtomobili qadına satan Fariz adlı şəxslə də əlaqə saxladıq. O, əvvəlcə adının Fariz olduğunu təkzib etməsə də, sualımızı eşitdikdən sonra həmin şəxs olmadığını bildirdi.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev ''Xəzər Xəbər''ə bildirdi ki, qadının müraciəti əsasında Sumqayıt Şəhər 4-cü polis bölməsində araşdırma aparılıb və həmin iş mülkü olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1492   Tarix: 15 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021