"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən uca zirvəyə yüksəlməsi deməkdir" - DEPUTAT

"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən uca zirvəyə yüksəlməsi deməkdir" - DEPUTATXəbər veridiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın ürəyi olan Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannəməsini imzalayıblar.

Bu barədə deputat Cavid Osmanov Sonxeber.az-a danışıb:

"15 iyun 2021-ci il tarixində iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən uca zirvəyə yüksəlməsi və yeni mərhələyə qədəm qoyması deməkdir.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasəti həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu, tarixi bir sənəddir. Həmin sənəddə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində də əlaqələndirilmiş birgə fəaliyyətin təşviq edilməsi xüsusi yer alır. Şuşa Bəyannaməsi son zamanlar hər iki dövlətin dünya arenasında güclü və qüdrətli dövlətə çevrilməsi və xüsusən də Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazandıqdan sonra güclü və qüdrətli dövlət olması, müstəqil siyasət yürütməsi, eləcə də qardaş Türkiyənin artıq dünya çapında çox böyük nüfuzlu bir dövlətə çevrilməsinin göstəricisi və bu baxımdan da hər iki ölkənin qardaşlığının zirvəsidir.

Bəyannamədə vacib məqamlardan biri də hər iki qardaş ölkənin hərbi mütəffiqlik etməsidir. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələrdən sonra hər iki dövlət hərbi güclərini birləşdirərək, mütəffiqlik nümayiş edib həmin təcavüzlərin qarşısını alacaq. Burada silahlı qüvvələrin daha da müasirləşdirilməsi vacib məqamdır.

Digər tərəfdən, ticari-iqtisadi münasibətlərin, milli iqtisadiyyatın, ixracatın şaxələndirilməsi üzrə səylərin artırılması, "Cənub Qaz Dəhlizi"nin səmərəli şəkildə istifadə olunması və daha da inkişaf etdirilməsinə yönəldirilmiş səylərin əlaqəli şəkildə davam etdirilməsi də vacib məqamlardandır. Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi bu sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsi deməkdir ki, bu da gələcəkdə Azərbaycan və qardaş Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması və bununla da qardaş Türkiyə ilə Azərbaycan arasında quru nəqliyyat yolunun bərpası və bütövlükdə türk dünyasının coğrafi baxımından quru yolla birləşdirilməsini əks etdirir.

Eyni zamanda burada qardaş Türkiyə ilə Azərbaycan diasporları arasında daha sıx əməkdaşlığı və birgə inkişafın həyata keçirilməsi nəzərdə tutulur ki, bu da Azərbaycan və Türkiyə reallıqlarının bütün dünyaya çatdırılmasına səbəb olacaq.

Digər tərəfdən, Azərbaycan və Türkiyə media platformasının imkanları çərçivəsində iki ölkənin birgə fəaliyyətinin daha da genişləndirilməsi burada kommunikasiya, informasiya və ictimai diplomatiya sahəsində də əməkdaşlığın inkişafı deməkdir.

Azərbaycan-Türkiyə münasibətlərinin hazırda özünün ən uca zirvəsinə yüksəlmiş olması bu bəyannamə ilə öz təsdqini tapır".

Aysel Səmədli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 719   Tarix: 16 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel