Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyasıMüasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı.
Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilir. Cəbhə hakimiyyəti tərəfindən Yevlax Yunun İlkin Emalı Fabrikinin direktoru vəzifəsindən "polkovnik", hətta Milli Qəhrəman səviyyəsinə yüksəldilən Surət Hüseynovun qiyamçı dəstələri mövcud AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular. Həmin vaxt Naxçıvan MR Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyev zəngin təcrübəsinə əsaslanaraq bu məqamı çox yaxşı dərk edirdi ki, paytaxt Bakıda yaranan xaosun, anarxiyanın, özbaşınalıqların davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi.
1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr Azərbaycan tarixinə qara səhifə kimi yazılıb. Azərbaycan o illərin iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutması, ən əsası hakimiyyət hərisliyinin, kreslo davasının pik həddinə çatması ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bir mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, Ulu Öndər 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini ifadə edərək bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ona ünvanlanan müraciətə cavabında müstəqilliyimizi tarixi nailiyyətimiz kimi önə çəkərək onun qorunmasını hər kəsin qarşısına vətəndaşlıq borcu kimi qoymuşdur.
İyun ayının 4-də Gəncə şəhərində başlanan və davam edən hadisələrin narahatlıq doğurduğunu bildirən Ümummilli Lider bildirmişdi ki, şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb.
Cəmi 1 il hakimiyyətdə olan qara qüvvələrin iqtidarda olduğu dövr Azərbaycanın yeni tarixinin ən faciəli illəri idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə yadda qaldı. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə istər xarici mətbuata çoxsaylı müsahibələrində, istərsə də xalqa müraciətlərində daim həmin illərdə Azərbaycanın yaşadıqlarına diqqəti yönəldərək bildirirdi ki, bugünkü Azərbaycan həmin illərin Azərbaycanı deyil. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu çağırış da səsləndi ki, hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.
1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq xilas yolunu axtardı. Bu yolun bələdçisi isə ulu öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı. Gəncədə baş verənləri gözləri ilə görüb qiymətləndirmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla bu şəhərə gedən Ümummilli Lider Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verdi.
Həmin sessiya başqa bir məqamla da Azərbaycanın tarixinə əlamətdar hadisə kimi yazıldı. Həmin gün deputatların yekdil səsverməsi ilə Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Tarixə Milli Qurtuluş Günü kimi yazılan 15 iyundan başlanan yol 2020-ci ildə xalqımıza Zəfər sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. İmzalar arasınqda imzaları ilə seçilən müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəri olaraq daim inkişaf edir, davamlı uğurlara imza atır. Son 17 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq idi. Şükürlər olsun Müzəffər Ali Baş Komandanımız bu məqsədiə nail oldu. Şübhəsiz, Azərbaycan bundan sonra daha da inkişaf edəcək, regionda və dünyada liderliyini qoruyacaq.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 492   Tarix: 16 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel