DİQQƏT: Bu çimərliklərdə çimmək təhlükəlidir - VİDEO

DİQQƏT: Bu çimərliklərdə çimmək təhlükəlidir - VİDEORespublika Gigiyena və Epidemiologiya Mərkəzi paytaxtın 6 rayonu ərazisində fəaliyyət göstərən çimərliklərdə dəniz suyunun normativləri ilə bağlı monitorinq aparıb. Məlum olub ki, bəzi çimərliklərdə suyun tərkibi pisdir və bu da ciddi xəstəliklər yarada bilər. Ona görə də həmin çimərliklərdə dənizə girmək qadağan edilib.

Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, qadağaya baxmayaraq, insanlar rahatlıqla həmin ərazilərdə çimirlər. Bu isə sözügedən çimərliklərə nəzarət məsələsini gündəmə gətirir.

Bakıda bəzi çimərliklərdən götürülən baktereoloji nümunələr standartlara uyğun gəlməyib. Buna görə də həmin ərazilərdə vətəndaşların dənizə girməsi, çimərliklərdən istifadə etməsi qadağan edilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, çimərlik mövsümü ilə əlaqədər dövlət sanitariya xidməti orqanı çimərlik suyunun laborator müayinəsini aparıb. Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması həddindən artıq çox olub.

Qərar qəti olsa da, buna əməl edən yoxdur. Xüsusilə şəhərə yaxın olan və çimmək tövsiyə olunmayan çimərliklərdə adam əlindən yerimək mümkün deyil.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, çimərliklərdə qadağa ilə bağlı aidiyyəti qurumlara məktub göndərilib. Onlar bu çimərliklərə nəzarət etməli, insanları buraxmamalıdırlar

Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, həmin çimərliklərə insanların buraxılmaması onların səlahiyyətində deyil. Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, onlar yalnız icazə verilən və ictimai çimərlik ərazilərində suda təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Daxili işlər nazirliyindən isə dedilər ki, qadağan olunmuş ərazilərdə nəzarət profilaktik tədbirlər gücləndiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 564   Tarix: 18 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel