Dünyanın diqqətlə izlədiyi səfər

Dünyanın diqqətlə izlədiyi səfərTürkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində növbəti addım oldu. Qarabağın tacı sayılan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur.
Səfər çərçivəsində iyun ayının 16-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gələrək Azərbaycan parlamentində geniş çıxış etmişdir.
Cənab Rəcəb Tayyib Ərdoğanın Şuşada və Azərbaycan Milli Məclisində çıxışı zamanı verdiyi bəyanatlar qardaş ölkənin yeni reallıqlar fonunda Cənubi Qafqazda apardığı və bundan sonra da aparacağı geosiyasətin əsas konturları kimi də qəbul oluna bilər. Bu konturları şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlar əvvəla Türkiyənin Azərbaycanla müstəqilliyin ilk illərindən başlatdığı və əbədi olaraq müəyyənləşdirilmiş əməkdaşlıq, qardaşlıq, birlik siyasətini daha qətiyyətlə aparmaqla bağlı dünyaya verdiyi mesajdır.
Türkiyə prezidenti açıq şəkildə bütün dünyaya bəyan etdi ki, Türkiyə Azərbaycanın yanında olmaq siyasətini bundan sonra da davam etdirəcəkdir. Bir mesaj olaraq bütün dünyaya bildirildi ki, dünyadakı qlobal və regiondakı beynəlxalq münasibətlərin hansı formada dəyişməyindən və dəyişəcəyindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında əbədi olaraq qalacaq. Digər tərəfdən vurğulanan mesaj Türkiyənin bölgədə gələcəkdə meydana gələ biləcək müharibə təhdidlərinə qarşı sinə gərəcəyi ilə bağlıdır. Türkiyə prezidenti bu bölgədə sülhün və təhlükəsizliyin əbədi qalmasında maraqlı olduqlarını bildirdi. Bu marağın ödənməsi üçün Türkiyə əməkdaşlıq mənafeləri və beynəlxalq hüquq tələbləri çərçivəsində bütün addımları gələcəkdə də atacaq. Həmçinin, Türkiyə bölgədə yeni reallığa uyğun olaraq əməkdaşlıq perspektivlərinin açılmasına çox maraqla baxır və bu perspektivlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazırdır.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verəcəkdir. Həmin ərazilərdə yeni yollar inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurularaq istifadəyə verilir. Yeni infrastruktur obyektləri tikilir. Türkiyə dövləti də bu işlərdə fəal iştirak edəcək, bölgədə məktəb, xəstəxana və digər sosial obyektlər inşa edəcəkdir.
Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı daha qətiyyətlə səsləndirdiyi fikirlər deməyə əsas verir ki, həqiqətən Türkiyə lideri Zəngəzur dəhlizinə bu bölgədə böyük bir əməkdaşlıq perspektivi açan layihə kimi baxır və bu layihənin gerçəkləşməsində sona qədər qətiyyətli olduğunu nümayiş etdirir. Qarabağın gələcək inkişafı Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxış əldə edəcək və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər. O, Zəngəzur dəhlizinə təkcə Türk dünyansının bütövləşmə layihəsi kimi deyil, eyni zamanda Zəngəzur dəhlizinə bölgədə sülhün, barışın daha möhkəm şəkildə mövcud olmasına təminat kimi baxır.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə irəli sürdükləri təklifi səsləndirdi. Altı ölkə - Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan bir araya gələrək bir platforma formalaşdırsın. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.
Türkiyə prezidenti Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu çıxışda bütün istiqamətlər üzrə verilən mesajlar Türkiyənin, həmçinin Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvü şəkildə səsləşir. Buna görə, cənab Ərdoğanın mesajlarını bölgədə sülhün və təhlükəsizliyin daha təminatlı və davamlı olmasına yönəlmiş Türkiyənin yeni geosiyasi kursunun əsas konturları kimi şərh etmək lazımdır.
Deputatlar qarşısında çıxışında cənab Ərdoğan erməni vandalığına da toxunmuşdur. Bildirib ki, "mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın. Qarabağ coğrafi baxımdan dünyanın ən gözəl bölgələrindən biri olmaqla yanaşı, mədəniyyət baxımından da ən zəngin yerlərindən biri idi. İnşallah, yenə elə olacaq. Türkiyə olaraq, İnşallah, bu prosesdə də qardaş Azərbaycanın yanında yer almaqda davam edəcəyik".
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və Cıdır düzündə keçirilən Xarıbülbül musiqi festivalı bu baxımdan dünyaya verilən açıq bir mesajdır. Vaqif poeziya festivalına hazırlığın davam etməsindən məmnunluğunu bildirən Türkiyə Prezidenti qeyd edib ki: "Bu il Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı gələn il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyarıq. Türk dünyasının hər tərəfindən gələcək mədəniyyət və incəsənət əhlinin bu gözəl şəhərdə görüşməsi Şuşanın qədim tarixinə verilən ən gözəl salam olacaqdır".

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dünyanın diqqətlə izlədiyi səfər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 693   Tarix: 18 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel