DİN-dən "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ - Pullarınız oğurlana bilər

DİN-dən "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ - Pullarınız oğurlana bilərSon dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, həmin dələduzlar vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edərək və "WhatsApp" vasitəsilə yazaraq guya alacağı məhsulun ödənişini etmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edirlər.

Daha sonra onlar vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure") əldə etməyə çalışırlar.

Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.

Bir daha vətəndaşları onlayn alış-veriş zamanı diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in "102 - Zəng Mərkəzi"nə məlumat vermələrini xahiş edirik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1084   Tarix: 18 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel