Orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ELAN OLUNDU

Orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ELAN OLUNDUDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 16-17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

DİM-dən Sonxeber.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri Mərkəzin saytında verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FIN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini DİM-in saytından öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46 min 618 nəfərdən 593-ü imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən iyunun 22-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 19-21-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.

Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı onun valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 867   Tarix: 18 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Saç tökülməsinə ÇARƏ TAPILDI!

Məhsul haqda ətraflı. Sifariş:055 239 54 49. Hörmətli dostlar nəzərinizə türkiyə istehsalı olan BLACK SERUM saç losyonunu təqdim etmək istərdim:. ⚜️Saç tökülməsinin qarşısını alır. ⚜️Yeni tüklər əmələ gətirir. ⚜️Saçlar daha tez uzanır. ⚜️Saçda kəpəyin qarşısını alır. ⚜️Saç yağlığını arada

12 iyul

Məişət problemləri - boşanmaya səbəb ya bəhanə? - Ekspertlər AÇIQLADI

Xəbər verdiyimiz kimi, boşanmalarla bağlı son statisika açıqlanıb. Bu rəqəm əvvəlki illərə nisbətən az olsa da, yenə də çoxdur. Boşanmalara səbəb tez-tez eşitdiyimiz məişət problemlərinin olmasıdır. İnsanlar tək evlənən zaman məişət problemləri yaşamırlar, öz ailələrində, hətta tək yaşasalar belə, müəyyə

5 iyul

Onların həbsi bizim azadlığımızdır - Həbs edilən vəzifəli şəxslərin SİYAHISI

Kimlərin həbsi bizələrə azadlıq olub? . . Sonxeber.az həmin şəxslərin siyahısını təqdim edir:. . Generallar. . . Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli sabiq məmuru Akif Çovdarov 2015-ci ilin dekabrın 14-də 12 il müddətinə həbs edilib.

19 iyun

Hər mətbəxdə olan bu əşya xərçəng yaradır. Məşhur qida mütəxəssisindən XƏBƏRDARLIQ

Publika.Az xəbər verir ki, Amerikada aparılan araşdırmalar göstərib ki, ağacdan hazırlanan taxtalar təhlükəsizdir.. . Türkiyəli qida Mühəndisi Emir Kaboğlununs sözlərinə görə, plastik kəsmə löhvələri xərçəng yaradır: "Taxta kəsmə lövhələrinin səthi bakteriyaları taxtanın içinə doğru çəkir. Təkra

19 iyun

Rusiyada virusla bağlı GƏRGİNLİK: "Rospotrebnadzor" tədbirləri sərtləşdirməyi tapşırdı

"Rospotrebnadzor"un rəhbəri Anna Popova Rusiyada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin son dərəcə gərgin olduğunu söyləyib.. . Publika.az RT-yə istinadla xəbər verir ki, o, bu barədə COVID-19-la mübarizə ilə bağlı hökumət yanında yaradılmış Koordinasiya Şurası Rəyasət Heyətinin iclasınd

18 iyun

Özünüzü hər zaman yorğun hiss edirsiniz? - Bu da çarəsi

Fiziki cəhətdən özünüzü tez-tez yorğun hiss edir və ya əzələ ağrılarından şikayətlənirsinizsə, bu xəbər sizin üçündür.. . Sonxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, müasir dünyada xroniki yorğunluq insanların tez-tez rastlaşdığı problemlərdən birinə çevrilib. Həkimlər orqanizmdə daimi yorğunluğu

18 iyun

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi ata yurdunda anıldı - FOTO

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edilib.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, tədbir qəhrəmanın ata yurdunda baş tutub. Anım tədbirində rayon sakinləri, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digər şəxslər iştira

18 iyun

Ukrayna parlamentində DAVA: "Güllələnməlidirlər

Ukrayna Ali Radasında deputatlar arasında dava baş verib. . Bu barədə yerli mətbuat məlumat yayıb.. . Bildirilir ki, hakim Xalqın Xidmətkarı Partiyasının millət vəkili Nikita Poturayevin "Müxalifət Platforması güllələnməlidir" ifadəsindən sonra millət vəkilləri arasında kütləvi dava başlayıb.

18 iyun

Mərkəzi Bankdan manat və dollarla bağlı VACİB AÇIQLAMA

Azərbaycanda dollarlaşmanın azalması davam edir.. . Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.. . Məlumatda həmçinin deyilir ki, fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə üstün paya sahi

18 iyun

vipemlak.az