Bakı işıqlarının yıxılan dirəkləri - FOTO

Bakı işıqlarının yıxılan dirəkləri - FOTOÖtən əsrin 70-ci illərindən paytaxt Bakı müxtəlif sahələrin inkişaf mərkəzinə çevrilir. Yeni parklar salınır, yollar çəkilir, küçələr işıqlandırılır.

Təsadüfi deyil ki, Bakının bu gözəlliyi filmlərdə əks olunur, mahnılarda tərənnüm edilir. Elə şair Adil Rəsulun və bəstəkar Elza İbrahimovanın "Bakının işıqları" mahnısını Şövkət Ələkbərovanın ifasında dinləmək, həmin dövrün paytaxtını təsəvvür etməyə imkan verir.

Mahnıda deyildiyi kimi, "Qırmızı, yaşıl, sarı, Bakının işıqları" bu gün də paytaxta bir başqa gözəllik verir. Nəzər salsaq, görərik ki, son 20 il ərzində Bakının nəinki mərkəzi küçə və prospektləri, eləcə də kənar ərazilər durmadan işıqlandırılır. Məhz Prezident İlham Əliyevin müxtəlif dövrlərdə imzaladığı ayrı-ayrı fərman və sərəncamlar yol infrastrukturunun tərkib hissəsi olan küçələrin işıqlandırılmasında mühüm rol oynayıb. Amma qeyd edilənlər işin yaxşı tərəfi olsa da, həm də problemləri də qeyd etməyi unutmaq lazım deyil. Hər birimiz paytaxtın küçə və prospektlərində işıq dirəklərinin bəzən qəzalı vəziyyətdə olduğunu, bəzən isə, ümumiyyətlə olmadığının şahidi oluruq.

"Kaspi" qəzetinin apardığı araşdırma nəticəsində məlum olub ki, işıq dirəkləri paytaxtın bir neçə küçə və prospektlərinin bir hissəsində, ümumiyyətlə yoxdur. Bu o demək deyil ki, əvvəllər həmin yerdə işıq dirəkləri olmayıb. Əlbəttə ki, olub, lakin müxtəlif vaxtlarda baş vermiş avtoqəzalar və ya başqa səbəblərdən sıradan çıxıb.

Məsələn, araşdırma apardığımız Əhməd Rəcəbli, Təbriz küçəsi və bu küçə ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində, eləcə də Mətbuat prospektində sıradan çıxmış işıq dirəkləri hələ də bərpa edilməyib. Analoji vəziyyət Binəqədi rayonunun ətraf ərazilərində də müşahidə edilir. Bəs işıq dirəkləri niyə bərpa edilmir? Avtoqəzalar və başqa səbəblərdən yararsız vəziyyətə düşən işıq dirəklərinin bərpası üçün hansı prosedurlar həyata keçirilməlidir? Bu məsələdə cavabdeh qurumların mövqeyi nədən ibarətdir?

Problemlə bağlı "Kaspi" qəzetinin sorğusuna cavab olaraq Bakı şəhər İşıqları İdarəsindən bildirildi ki, küçələrdə işıq dirəkləri əsas etibarı ilə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxır: "Yeni dirəklərin qoyulması, zədələnmiş işıq dirəklərinin bərpası üçün müvafiq qurumlar tərəfindən məhkəmə orqanlarına müraciət edilir. Hadisəni törətmiş sürücü tərəfindən dəymiş ziyan icbari sığorta qaydasında kompensasiya edilir".

Məlumatda o da qeyd edilir ki, işıq dirəkləri müxtəlif xarici ölkələrdən gətirilir: "Onların yenidən sifariş edilərək gətirilməsi isə müəyyən vaxt tələb edir. İşıq dirəklərinin daxilində yerləşən naqillərinin qorunması üçün onlar elektrik xəttindən ayrılır və həmin yer xüsusi qapaqlarla örtülür. Təəssüf ki, bəzi hallarda bu qapaqlar da oğurlanır. Lakin belə hallar baş verdikdə, qurum tərəfindən yeni qapaqlar yerləşdirilir".
Bakı işıqlarının yıxılan dirəkləri - FOTOBakı işıqlarının yıxılan dirəkləri - FOTOBakı işıqlarının yıxılan dirəkləri - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1359   Tarix: 19 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel