Ermənistanda seçki məntəqəsində atışma oldu
Ermənistanın Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub.
Sonxeber.az xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Qeyd edilir ki, insident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib.
Məlumata görə, "Çiçəklənən Ermənistan" və "Verelk" partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.
"Silah maddi sübut kimi götürülüb, təhqiqat aparılır", - polisin məlumatında bildirilir.
Bu gün Ermənistanda uzun müddətdir davam edən daxili ictimai-siyasi böhran şəraitində növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilərdə 21 partiya və 4 seçki bloku iştirak edir. Parlament seçkilərində bir sıra qanunsuzluqlar qeydə alınıb./Report/
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1223 Tarix: 20 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAqil Qurbanova daha bir vəzifə verildi - FOTO
Müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanova daha bir vəzifə verilib. O, "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib. Müdafiə Sənayesi Nazirliyindən -a verilən xəbərə görə, martın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin Müşahid
19 martPrezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
18 martPaşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista
20 mart