AVRO-2020: İtaliya qrup birincisi oldu, Türkiyə yarışı fiasko ilə başa vurdu - YENİLƏNİB

AVRO-2020: İtaliya qrup birincisi oldu, Türkiyə yarışı fiasko ilə başa vurdu - YENİLƏNİBAVRO-2020-nin A qrupunda oyunlara yekun vurulub.

Bakıda keçirilən oyunda İsveçrəyə uduzan Türkiyə yığması yarışı 0 xalla sonuncu pillədə başa vurub.

İsveçrə yığması isə üçüncü olub.

Paralel keçirilən oyunda isə birinci və ikinci yerin sahibləri qarşılaşıb. İtaliya qrup liderliyini 1:0 hesablı qələbə ilə daha möhkəmləndirib. Uels isə məğlubiyyətə baxmayaraq, qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.

21:27

Türkiyənin İsveçrə qarşısında qol sevinci cəmi 6 dəqiqə çəkib.

Belə ki, 68-ci dəqiqədə İsveçrənin hücumameyilli oyunçusu Cerdan Şakiri özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq hesab arasındakı fərqi yenidən iki topa çatdırıb.

Paralel keçən İtaliya - Uels matçında isə meyan sahibləri öndədir - 1:0.

21:22

Bakıda keçirilən AVRO-2020 oyununda İsveçrə ilə qarşılaşan Türkiyə millisi fərqi azaldıb.

"Ay-ulduzlular"ın heyətində 62-ci dəqiqədə İrfan Can Kahveçi fərqlənib.

O, cərimə meydançasından kənardan vurduğu möhtəşəm zərbə ilə komandasına ümid verib.

Paralel keçən İtaliya - Uels matçında isə meyan sahibləri öndədir - 1:0.

21:10

İtaliya - Uels və İsveçrə - Türkiyə oyunlarında ikinci hissə başlayıb.

***

Romada keçirilən İtaliya - Uels və Bakıda baş tutan İsveçrə - Türkiyə oyunlarında ilk hissələr başa çatıb.

Birinci oyunda İtaliya, ikincidə isə İsveçrə hissəni öndə başa vurub.

Hesablar uyğun olaraq 1:0 və 2:0-dır.

***

Romada keçirilən İtaliya - Uels oyununda hesab açılıb.

Qarşılaşmanın 39-cu dəqiqəsində Pessina meydan sahiblərini hesabda irəli çıxarıb.

Paralel keçən və Bakıda oynanılan digər matçda isə İsveçrə Türkiyə üzərində üstündür - 2:0.
***
İsveçrə - Türkiyə oyununda ikinci qol vurulub.

Bakı Olimpiya Stadionunda keçirilən matçın 26-cı dəqiqəsində Cerdan Şakiri fərqi iki topa çatdırıb.

Paralel keçən İtaliya - Uels oyununda isə hesab açılmayıb.
***

İsveçrə - Türkiyə oyununda hesab açılıb.

İsveçrə yığmasının hücumçusu Haris Seferoviç matçın 6-cı dəqiqəsində komandasını önə çıxarıb.

Paralel keçən İtaliya - Uels oyununda isə hesab açılmayıb.
***

AVRO-2020-nin A qrupu çərçivəsində baş tutacaq son iki oyuna start verilib.

İtaliya öz meydanında Uelsi qəbul edir, Türkiyə isə Bakıda İsveçrə ilə qarşılaşır.

Oyunlarda hesab açılmayıb.
***

Bu gün Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020-nin A qrupunda son oyunlar keçiriləcək.

Sonxeber.az xəbər verir ki, qardaş Türkiyə komandası qrupdan çıxmaq üçün cüzi şansını saxlamaq üçün Bakı Olimpiya Stadionunda İsveçrə millisinə qalib gəlməyə çalışacaq.

Qrup lideri İtaliya isə Romada Uelsi qəbul edəcək.

Hər iki oyun eyni saatda – 20:00-da start götürəcək.

Artıq hər iki qarşılaşmada start heyətləri açıqlanıb.

Türkiyə - İsveçrə matçında tərəflər aşağıdakı heyətlərlə oyuna başlayacaqlar:

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 14. Stiven Tsuber, 23. Cerdan Şakiri

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür

İtaliya – Uels qarşılaşmasında isə aşağıdakı futbolçular ilk dəqiqədən etibarən meydanda olacaqlar:

İtaliya: Donnarumma; Toloi, Bonuççi, Bastoni, Emerson; Verratti, Jorjinyo, Pessina; Bernardeski, Kyeza, Belotti

Uels: Uard; Roberts, Qunter, Rodon, Ampadu, N. Uilliams; Morrell, Allen; Beyl, Remzi, Ceyms


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3502   Tarix: 20 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

Huşunu itirən futbolçuya görə "Udineze" - "Roma" matçı dayandırıldı

"Roma"nın və Kot-d'İvuarın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında "Udineze" ilə matçda huşunu itirib. Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar. Bi

14 aprel
.

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb. "Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib. Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avr

16 aprel
.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

"Mən gizlənməyəcəyəm" - Mbappe "Barselona" ilə oyun haqqında

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşıdakı ilk oyundan danışıb. "Böyük oyunçuların vaxtı çatıb. Mən hazıram və həmişə olduğu kimi, gizlənməyəcəm. PSJ-nin göstərdiyi dinamikanı nəzərə alsaq, əminəm ki, əlimizdən gələni edəcəyik və yeku

8 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

Dünyanın ən uğurlu futbol klubları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər ay müntəzəm olaraq dərc etdiyi ilin komandalarının siyahısını yeniləyib. xəbər verir ki, siyahıya "Mançester Siti" liderlik edir. Dünyanın ən uğurlu futbol klublarını təqdim edirik:. 1. "Mançester Siti". 2. "Rea

16 aprel