Hindistan ştammı təhlükəsi - Tanınmış həkim insanları ehtiyatlı olmağa çağırdı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Hindistanda aşkarlanan Delta koronavirus ştammı bu günə qədər 92 ölkədə qeydə alınıb.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, ÜST rəsmisi Maria van Kerxove açıqlayıb ki, bəzi peyvəndlər Delta variantına qarşı daha az təsirli olur.
O eyni zamanda vurğulayıb ki, peyvəndlər hər bir halda ağır xəstəliklərin və ölümün qarşısını alır.
Azərbaycanın qonşuluğunda yerləşən Rusiyada COVİD-19-dan vəfat edən hər üç nəfərdən birinin Hindistan ştammına yoluxduğu üzə çıxıb. Virusun bu növünün Azərbaycanda qeydə alınması böyük narahatlıq doğurur. Tibb elmləri doktoru, professor Adil Qeybulla da BAKU.WS-ə açıqlaması zamanı insanları ehtiyatlı olmağa çağırıb: Hindistan ştammının Azərbaycanda olması istisna edilmir. Çox güman ki, Rusiyada varsa, ölkəmizdə də var. Buna görə biz ehtiyatlı olmalıyıq.
Bir şeyi nəzərə almaq lazımdır ki, ölkədə əhali sayı azdır. Azərbaycanda real əhali, bəlkə də, 6 milyondur. Çünki xeyli sayda insan Rusiya və başqa ölkələrdədir. Bununla yanaşı 3 milyona yaxın insan vaksinasiya olunub, xeyli sayda vətəndaş xəstəliyi keçirib və immunitet yaranıb. Biz kollektiv immunitetə daha yaxınıq. Ona görə bizim müəyyən üstünlüklərimiz var. Bu vəziyyət insanları qətiyyən arxayın salmamalıdır. Karantin qaydaları və davranışlarına qapalı mühitdə əməl etmək şərtdir.
Hələlik epidemioloji vəziyyətə uyğun olaraq sosial həyatın ayrı-ayrı sahələrində yumşaldılmalar aparılır. Amma bunu nəzərə almaq lazımdır ki, bu, müvəqqəti tədbir ola bilər. Epidemioloji vəziyyət pisləşərsə, karantin qaydaları da sərtləşdirilə bilər. Hətta vaksinasiya icbari xarakter də daşıya bilər. Bütün bunlar mövcud vəziyyətdən asılı olacaq. Nə qədər ki, karantin bitməyib, Ümumdünya Səhiyyə Təşkilatı bunu elan etməyib, biz ehtiyatlı olmalı və karantin davranışlarına əməl etməliyik.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 967 Tarix: 22 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşZəngilan aeroportuna aparan yolun tikintisi nə zaman başa çatdırılacaq?
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun Zəngilan beynəlxalq hava limanına qədər olan hissəsi tamamlanmaq üzrədir. Bunu "Report"a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin "Proyapı" şirkətinin idarə heyətinin sədr müavini Aki
19 martAXCP-nin şöbə sədrinə narkotiklə bağlı cinayət işi açılıb
Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb. DİN-in mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərl
19 mart"Bank of Baku"dan narazılıq: Keşbek limitini 3 dəfə azaldıb
"Bank of Baku" keşbek limitlərini kəskin endirib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bank "Bolkart" üzrə aylıq maksimal keşbek limitini əsas xidmət kateqoriyaları üzrə 3 dəfədən çox azaldaraq 30 manata endirib. Bundan əvvəl isə "Bolkart" üzrə maksimal keşbek limit
19 martÖlkənin baş notariusu işdən çıxarıldı
Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin (Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi) rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib. Qaynarinfo-ya daxil olan məlumata görə, Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Qey
19 martRamazanın 9-cu gününün imsak və iftar vaxtı
Bu gün Ramazan ayının doqquzuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:20-də, ifrat vaxtı saat 19:06-dir. Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının doqquzuncu gününün iftar duasını təqdim edir:. Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə
19 martBakıda binanın 17-ci mərtəbəsində yanğın olub - VİDEO
Bakıda hündürmərtəbəli binaların birində yanğın hadisəsi baş verib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Hadisə Binəqədi rayonunda yerləşən 9-cu mikrorayonda baş verib. Adil Məmmədov küçəsi 11 ünvanındakı binanın 17-ci mərtəbəsində yanğın qeydə alınıb. Hadisə yerinə FHN-nin yanğınsönürm
19 martAzərbaycanda tanınmış xanəndə vəfat etdi - FOTO
Azərbaycan musiqisinə ağır itki üz verib. -in məlumatına görə, Xalq artisti Xan Şuşinskinin tələbəsi, xanəndə Zəbulla Quliyev bu gün vəfat edib. O, 75 yaşında infarktdan dünyasını dəyişib. Sənətkar 1949-cu il iyulun 1-də Saatlı rayonu Seyidoba kəndində anadan olub. O, Mədəniyyət və İncəsənət Universitetini
19 martƏhaliyə XƏBƏRDARLIQ - Martın 20-si gecə 3-dən etibarən... - FOTO
Sabah paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 3-dən etibarən hiss edilməyə başlayacaq, səhər saat 9-a qədər davam edəcək. Həmçinin, martın 20-si günorta 12:00-da az səviyyəli geomaqnit qasırğası başlayacaq, 15:00-
19 mart