Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) yanında Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) vakant vəzifələrə qəbul elan edib.

Sonxeber.az xəbər veruir ki, Akademiyanın 4 kafedrası üzrə müəllimlər işə qəbul edilir.

Vakansiyalar əsasən aşağıdakı bölmələr üzrədir:

"Gəmiqayırma və gəmi təmiri kafedrası" üzrə "Gəmi nəzəriyyəsi", "Gəminin quruluşu və nəzəriyyəsi" (azərbaycan və ingilis dillərində) – 0,5 ştat baş müəllim

"Gəmi energetik qurğuları kafedrası" üzrə "Hidromexanika" (ingilis dilində) – əvəzçilik və yaxud saathesabı dosent və yaxud professor

"Dəniz naviqasiyası" kafedrası üzrə "Naviqasiya" (ingilis dilində), "Gəmi sürücülüyünün naviqasiya təminatı" (ingilis dilində), "Dənizçilik astronomiyası" (ingilis dilində), "Beynəlxalq konvensiyalar" (ingilis dilində), "Fəlakət zamanı qlobal dəniz rabitə sistemi" (ingilis dilində) – saathesabı baş müəllim

"Humanitar fənlər" kafedrası üzrə "Fəlsəfə" (ingilis dilində) – saathesabı dosent və yaxud professor, "Rus dili" – saathesabı dosent və yaxud professor

İşə qəbul zamanı beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc olunmuş məqalələri çap edilən namizədlərə üstünlük veriləcək. Arzu edənlər bu elan dərc ediləndən 30 gün müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə tələb olunan sənədləri ADDA-nın əsas binasına təqdim etməlidirlər. Sənədlərin siyahısı bunlardır:

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Kadrlar uçotunun şəxsi vərəqəsi;

- Tərcümeyi-hal;

- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

- Elmi və elmi-metodiki işlərin siyahısı;

ADDA-nın əsas binası Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 18 ünvanında (metronun "Sahil" stansiyasının yaxınlığında) yerləşir. Suallar yarandıqda (012) 404 37 00 (daxili: 3239) nömrəsi ilə əlaqə saxlamaq olar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1261   Tarix: 22 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maşınlarını tıxacda saxlayıb yolun ortasında dalaşdılar - Video

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb. DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyət

20 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel