Boy qısalığında məsləhətlər

Boy qısalığında məsləhətlərFiziki inkişafın və boyun ləngiməsi orqanizmdə somatotrop hormonunun kifayət qədər olmaması nəticəsində meydana çıxır.

Boy qısalığının səbəbləri:

- İrsi səbəblər - ata və ananın qısaboylu olması

- Qeyri-düzgün qidalanma

- Düzgün olmayan həyat şəraiti

- Bütün endokrin vəzlərə nəzarət edən və baş beyində yerləşən hipofiz vəzin bətndaxili dövrdə zədələnməsi.

- Kəllə-beyin travmaları

- Hipofiz və onu əhatə edən törəmələrin şişləri

- Siflis, sarkaidoz, vərəm kimi xəstəliklər

- Ağır mədə-bağırsaq, böyrək, qan xəstəlikləri

- Ağır idman növləri

- Zərərli vərdişlər.

Anadangəlmə qısaboyluluqda uşağın çəkisi və boyu yaşıdlarından geri qalmır. İlk əlamətlər 2-3 yaşlarında özünü büruzə verir. İllik boy artımı normada 7-8 sm olduğu halda bu uşaqlarda 3-4 sm təşkil edir. Boy inkişafı ləngisə də bədən proporsiyaları saxlanılır. Bunlarla yanaşı skeletin sümükləşməsinin zəifləməsi, diş cərgəsinin pozulması, əzələ sisteminin zəif inkişafı kimi əlamətlər müşahidə olunur.

Xroniki iltihabi xəstəliklər, stress kimi faktorlar da fiziki inkişafın ləngiməsinə səbəb olan amillərdəndir.

Bütün bu faktlarla yanaşı qidalanma da fiziki inkişafın ləngiməində önəmli yerlərdən birini tutur. Zülal əksikliyi xüsusilə uşaqlarda boy inkişafını ləngidən əsas faktorlardan biridir. Orqanizmin zülal ehtiyacını ödəmək üçün gündəlik qida rasionunda ət, balıq, paxlalılar, yumurta, qoz-fındıq kimi məhsullar artırılmalıdır. Tərkibində külli miqdarda yod (xurma, dəniz məhsulları), dəmir (qarabaşaq, qaraciyər, göbələk, alma), kobalt (kişmiş, sarımsaq, kalmar), kalsium (süd, qatıq, kəsmik, portağal, əncir) olan məhsullar da boy inkişafını sürətləndirən qidalar sırasındadır.

Boy hormonunun sintezini artıran və qısaboyluluğun qarşısını alan xalq təbabəti üsulları:

- 1 qram arı südü 20 ml 40 faizli spirtdə həll olunur. 10 gün müddətinə qarışıqdan 3-6 damcı qəndin və bir damla balın üzərinə damızdırılıb yeməkdən yarım saat əvvəl dil altında sorulur. Vəziyyətdən asılı olaraq fasilələrlə 3-12 kurs təkrarlamaq olar. İstifadə müddətində arı südü bəlğəmin xarakterini durulaşdırdığına görə tutmaşəkilli öskürək yaradarsa doza yarıbayarı azaldılmalıdir. Orqanizm öyrəşdikdən sonra doza 1-2 damcı olmaqla gündəlik artırılır.

- Hərəsindən 75 qram kəklikotu və qoz yarpaqları, 100 qram xəndəkotu kökü götürülür, qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı, 2 stəkan qaynar suda axşamdan səhərə qədər termosda dəmlənir, süzülür. 50 ml gündə 4 dəfə yeməkdən yarım saat əvvəl daxilə qəbul edilir.

- Hərəsindən 1 çay qaşığı xıradlanmış gicitkən yarpağı, zəncirotu yarpağı, adi mərcangilə götürülür, qarışdırılır. Emallı qabda üzərinə 0,5 litr distillə suyu əlavə edilir, 5-6 dəqiqə zəif odda qaynadılır, 30 dəq. dəmlənir, süzülür. Hər gün təzə dəmləmək şərtiylə 21 gün müddətində gündə 2-3 dəfə olmaqla yeməkdən 20 dəq əvvəl 1/2 stəkan daxilə qəbul edilir. 14 günlük fasilədən sonra müalicə kursu təkrar olunur.

- 1/2 çay qaşığı gicitkən kökü, hərəsindən 1/3 çay qaşığı zəncirotu kökü, itburnu meyvəsi, istiotli nanə yarpağı götürülür, qarışdırılır, üzərinə 0,5 litr su əlavə edilir. Emallı qabda zəif odda 15 dəq bişirilir, 2-3 saat qaranlıq otaqda dəmlənir, süzülür. Daha sonra 1/3 çay qaşığı çobanyastığı çiçəkləri, hərəsindən 1/2 çay qaşığı olmaqla dəvədabanı və bağayarpağı yarpağı üzərinə 0,5 litr qaynar su əlavə edilərək termosda bir saat dəmlənir, süzülür. Daha sonra alınan dəmləmə ilə süzülmüş hazır bişirmə qarışdırılır, zəif odda qızdırılır qaynayan kimi ocaqdan götürülür üzərinə 4 xörək qaşığı təbii bal əlavə edilir, bal əriyənədək qarışdırılır. Yeməkdən yarım saat əvvəl 1/4 stəkandan gündə 3 dəfə daxilə qəbul edilir. Müalicə kursu 3 həftədir. 2 həftəlik fasilədən sonra kurs təkrar edilə bilir.

Boy qısalığında istifadə olunan vannalar

- Hərəsindən 0,5 kq şam qozası, iynə yarpaqları və budaqları götürülür, üzərinə 3 litr su əlavə edilir, zəif odda yarım saat bişirilir, ocaqdan götürülərək 12 saat dəmlənir, süzülür. Vannaya isti su tökülür, süzülən bişirmə üzərinə əlavə edilir. 8-10 dəq müddətində həmin vannada uzanılır.

- Bir dolu ovuc adaçayı yarpaqları götürülür üzərinə 3 litr su əlavə edilir, ağzı bağlı qabda zəif odda 30 dəqiqə qaynadılır, ocaqdan götürərək yarım saat dəmlənir, süzülür. Vannaya 36-38 dərəcə su tökülür, süzülən dəmləmə üzərinə əlavə edilir. 15-20 dəq müddətində həmin vannada uzanılır. Vannaların növbəli qəbul edilməsi məsləhətdir.

Boy qısalığında istifadə olunan məcunlar

- Tumları çıxarılmış İran xurması, üyüdülmüş güldəfnə toxumu, zəncəfil, darçın və bal eyni miqdarda götürülür. Qarışdırılır, buxar vannasında isidilir və üzərinə keçi südü əlavə edilir. Gün ərzində yeyilir.

- 10 ədəd xırdalanmış İran xurması, 1 çay qaşığı toz zəncəfil, 1/8 çay qaşığı hil, bir çimdik zəfəran qarışdırılır, bir litirlik şüşə qabda qarışdırılır, ağzı bağlı olmaq şərtiylə 2 həftə isti şəraitdə saxlanır. Səhər acqarına yeyilir.

- Hərəsindən 50 qram qoz, badam, fındıq ləpəsi, əncir, ərik, qara gavalı qurusu götürülür ət çəkən maşından keçirilir üzərinə 50 qram çiçək tozu və 1 stəkan təmiz bal və ya keçibuynuzu bəkməzi əlavə edilir, qarışdırılır. 1 çay və ya xörək qaşığı gündə 1 dəfə səhər acqarına yeyilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1198   Tarix: 22 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Saç tökülməsinə ÇARƏ TAPILDI!

Məhsul haqda ətraflı. Sifariş:055 239 54 49. Hörmətli dostlar nəzərinizə türkiyə istehsalı olan BLACK SERUM saç losyonunu təqdim etmək istərdim:. ⚜️Saç tökülməsinin qarşısını alır. ⚜️Yeni tüklər əmələ gətirir. ⚜️Saçlar daha tez uzanır. ⚜️Saçda kəpəyin qarşısını alır. ⚜️Saç yağlığını arada

18 avqust

Məişət problemləri - boşanmaya səbəb ya bəhanə? - Ekspertlər AÇIQLADI

Xəbər verdiyimiz kimi, boşanmalarla bağlı son statisika açıqlanıb. Bu rəqəm əvvəlki illərə nisbətən az olsa da, yenə də çoxdur. Boşanmalara səbəb tez-tez eşitdiyimiz məişət problemlərinin olmasıdır. İnsanlar tək evlənən zaman məişət problemləri yaşamırlar, öz ailələrində, hətta tək yaşasalar belə, müəyyə

5 iyul

İnsanı 10 yaş cavanlaşdıran qidalar açıqlandı

Tibb işçiləri insanı 10 yaş cavanlaşdıra biləcək məhsulları açıqlayıb. Mütəxəssislər əmindir ki, düzgün seçilmiş qida rasionu gözəllik və sağlamlığın rəhndir.. . Qafqazinfo.az xəbər verir ki, ekspertlər cavanlaşmaya kömək edən səkkiz məhsulun adını açıqlayıb. Bir qayda olaraq, onların hamısının tərkibind

22 iyun

Axşam vaxtı bunları yeyin - KÖKƏLMƏYƏCƏKSİNİZ

Mütəxəssislər tez-tez deyir ki, səhər yeməyi enerjiyə, şam yeməyi isə piyə çevrilir. Bu həqiqətən belədir.. . Axşam vaxtı insanın fəallığı xeyli azalır, qəbul etdiyi kalorilər sərf olunmur və nəticədə çəkinin artmasına səbəb olur.. . Lakin belə qidalar var ki, onların axşam vaxtı qəbulu piyə deyil, əzələlər

22 iyun

Hindistan ştammı təhlükəsi - Tanınmış həkim insanları ehtiyatlı olmağa çağırdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Hindistanda aşkarlanan Delta koronavirus ştammı bu günə qədər 92 ölkədə qeydə alınıb.. . Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, ÜST rəsmisi Maria van Kerxove açıqlayıb ki, bəzi peyvəndlər Delta variantına qarşı daha az təsirli olur..

22 iyun

Saç qripi nədir? - ƏLAMƏTLƏR

Bu mövsümdə rastlanan probemlərdən biri də saç və qaş dərisində qaşınma və yanma hissiyatıdır.. . . Medicina.az xəbər verir ki, bu, tibbdə əm də saç qripi olaraq adlandırılır. Kosmetoloq Mehmet Kandil saç və qaş qripi haqqında danışaraq, saçların "qripə tutulmasının" bir çox səbəbi ola biləcəyin

22 iyun

Çay içə-içə siqaret çəkən kişiləri bu xəstəlik gözləyir - Qida borusunda....

Bir çox xəstəliklərə səbəb olan siqaret çayla birlikdə istifadə edildiyi zaman daha təhlükəli olur.. . Medicina.az xəbər verir ki, araşdırmalar zamanı bunun qida borusu xərçənginə səbəb ola biləcəyi məlum olub.. . Daxili xəstəliklər mütəxəssisi, qastreontoloq və hepatoloq Yüksel Gümürdülünün sözlərin

22 iyun

190 manat kimlərə və hansı şərtlərlə veriləcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dünya Bankı pandemiya ilə bağlı aztəminatlı ailələr üçün pul ayrılıb. Bəs bu pul kimə və hansı şəkildə veriləcək?. . Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Elmir Səfərli bildirib ki, monitorinqlərdən sonra 190 manatın kimə düşdüyü bilinəcək:. . "Bu

22 iyun

Toylarla bağlı qərarı sakinlər necə qarşıladılar? - VİDEO

Bu gün Nazirlər Kabineti yanında operativ qərargah toylarla bağlı qərar imzalayıb.. . Qərara əsasən, iyulun 1-dən etibarən ölkə ərazisində şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.. . Baku TV ölkədə ən çox gözlənilən qərarla bağlı sakinlərin münasibətini öyrənib.

22 iyun