DİN: "Palatka" toyları risklidir, restoranları tövsiyə edirik" - VİDEO

DİN: "Palatka" toyları risklidir, restoranları tövsiyə edirik" - VİDEO"Pandemiya şəraitində "palatka" toylarının keçirilməsi o qədər də tövsiyə edilmir".

Bunu "ARB 24"ün "İş vaxtı" verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, 50 nəfərə qədər tibbi maskadan istifadə etməklə ev şəraitində toy, nişan mərasiminin təşkili və keçirilməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur:

"Lakin vətəndaşlar bilsinlər ki, yumşaldılmalardan sui-istifadə edilməməlidir. 50 nəfərə qədər olan tədbirlərdə maskadan istifadə və sıxlıq normasının gözlənilməsi hər bir şəxsin özündən asılıdır. Bununla bağlı yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları iş aparacaq ki, vətəndaşlarımız diqqətli olsun. Açıq havada kənd yerlərində toyların keçirilməsi isə infeksiya şəraitində risklidir və sağlamlıq üçün təhlükə yaradır. Tövsiyə edirik ki, bu tədbirləri fəaliyyətinə icazə verilən məkanlarda, yəni restoranlarda həyata keçirsinlər".

Əlavə olaraq bildirib ki, polis əməkdaşları toy mərasimləri keçirilən zaman zala daxil olub yoxlama aparmayacaq.

Heç bir halda polis əməkdaşları toy mərasimləri keçirilən zala daxil olmaqda maraqlı deyil:

"Tədbirlərin təşkilinə beş gün qalmış bu işlər tənzimlənəcək. Restoran, ictimai iaşə obyektlərinin rəhbərləri ilə görüşlər keçirilir və digər dövlət qurumları ilə əməkdaşlıq gücləndirilib. Bütün risklər nəzərdən keçirilib və müzakirə olunub. Polis heç bir halda və heç bir formada vətəndaşın tədbir zalına daxil olub, orada kimisə cərimələməkdə maraqlı deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 955   Tarix: 23 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18 aprel
.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel
.

"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT

"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb". Bunu -a danışan deputat Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:. "Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanı

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel