Əlilliyə görə müavinət artırılır? - AÇIQLAMA
Son günlər əlilliyin təyin edilməsi ilə bağlı qanun layihəsinə dəyişikliklərin edilməsi məsələsi müzakirə olunur. Əlilliyə görə müavinət artırıla bilərmi? Əsas da şəffaflığın təyin edilməsində əvvəlki kimi saxta əlilliyin alınmasının qarşısını necə almaq olar?
Mövzu ilə bağlı deputat Cavid Osmanov Sonxeber.az-a açıqlama verib:
"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaş amili, insan amili dayanır. Ölkəmizin qüdrəti, iqtisadi gücü artdıqca, ölkədə müavinətlər, pensiyalar, əlilliyə görə verilən müavinətlər, əmək haqları mütəmadi olaraq artırılmaqdadır. Ölkə Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasət sosial yönümlüdür. Son iki ilə yaxın müddətə nəzər salsaq, görərik ki, şəffaflığın artırılması istiqamətində vacib addımlar atılır. Eyni zamanda ölkədə islahatların aparılması prosesi davam edir. Bu islahatlardan biri də əlilliyin təyin edilməsində şəffaflığın artırılması istiqamətindədir. Əvvəlki illərdən fərqli olaraq, indiki dövrdə müvafiq icra hakimiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxta əlilliyin verilməsinin qarşısı alınır. Ötən dövrlərdə saxta əlillik verilmiş şəxslər ifşa olunur və onlara verilən müavinətlər dayandrılır. Bu sahədə aparılan məqsədyönlü islahatların nəticəsi olaraq, gələcəkdə əlilliyə görə verilən müavinətlərin artırılması da həyata keçirilə bilər.
Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə işlər aparır. Bununla bağlı Milli Məclisin son plenar iclaslarında da əlilliyin təyin olunması və yeni qaydaların tətbiqi istiqamətində qanunlar qəbul edilməkdədir".
Aysel Səmədli
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2604 Tarix: 23 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMaşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video
Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə
25 aprelNəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...
Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad
25 aprelİkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə
25 aprelXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprelHansı hallarda uşaqlara peyvənd vurulmur?
"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr
24 aprelİntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara
25 aprelAzərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR
Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini
25 aprel