"Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranan yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir" - Deputatla MÜSAHİBƏ

"Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranan yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir" - Deputatla MÜSAHİBƏİstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılan tarixi qələbə, Ermənistan Tərəfindən törədilən sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Milli Məclisin deputatı Tamam Cəfərova Sonxeber.az-ın sualllarını cavablandırıb.

- Tamam xanım, bilirsiniz ki, Ermənistanda parlament seçkiləri Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" siyasi seçki blokunun qələbəsi ilə başa çatdı. Belə ki, Nikol Paşinyanın partiyası 53,92 səs yığaraq Konstitusiya çoxluğu əldə etdi və hökuməti təkbaşına qurmaq şansı qazandı. Paşinyanın partiyası parlamentdə yerlərin 2/3-nə sahib ola bildi, bu isə 70-dən artıq deputat mandatı deməkdir. Hökuməti formalaşdırmaq üçün lazım olan 50 faizdən çox səsi qazanan Paşinyana 0,08 faiz seçici səsini qazanmaması da mane olmayacaq. Artıq Paşinyan bəyan edib ki, o, kart-blanşı qazanıb və yeni hökuməti özü formalaşdıracaq. Nikol Paşinyanın yenidən seçilməsi Azərbaycanla olan gərginliyə necə təsir edəcək?

- Ermənistandakı seçki prosesini biz diqqətlə izləyirdik. Oradakı seçki prosesinin necə keçəcəyi bütün dünya üçün maraqlı idi. Əlbəttə ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamənin şərtlərinin yeni qurulan hökumət tərəfindən necə icra olunacağı baxımından Ermənistandakı seçkilər Azərbaycanda da maraqla izlənildi. Əslində, kimin seçilməsindən asılı olmayaraq, imzanlanan üçtərəfli bəyannamənin şərtlərinə əməl etməyə məcburdurlar. Çünki üçtərəfli bəyannamə imzalanan zaman Rusiya prezidenti Vladimir Putin zamin durdu və onun da bəyanamədə imzası var. Düzdür, Robert Köçəryan seçilsəydi, imzalanan bəyannamə şərtlərinin yerinə yetirilməsində müəyyən çətinliklər olacaqdı. Çünki seçki öncəsi Ermənistanda seçkiyə qoşulan partiya və bloklar revanşist çağrışlarla ictimaiyyətə səslənirdilər. Bilirsiniz ki, Robert Köçəryan da bir neçə dəfə Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı boş-boş çıxışlar edərək qaytaracağını vəd edib. Hətta o, Ermənistanı 1 ilə bərpa edəcəyi ilə bağlı real olmayan fikirlər də səsləndirmişdi. Əlbəttə, bütün bunların hər biri seçkiyə hesablanmış, əsası olamayan fikirlərdir. Ermənistanda baş verən siyasi proseslər noyabrın 10-da imzalanan üçtərəfli bəyannamənin yerinə yetirilməsi baxımından bizim üçün də maraqlıdır. Robert Köçəryan seçilsəydi, Zəngəzur dəhlizinin açılması və Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası ləngiyə bilərdi. Amma onlar yenə də imzalanmış bəyannaməni əvvəl-axır yerinə yetirməli olacaqdılar. Robert Köçəryanın arzusu ürəyində qaldı, Ermənistanda keçirilən növbədənkənar seçkilərin qalibi Nikol Paşinyan oldu. Nikol Paşinyan revanşist çağırışlar etsə də, arada düzgün ifadələr də səsləndirir. Məsələn, Paşinyan etiraf edir ki, kommunikasiyaların açılması Ermənistan üçün də müsbət haldır, ona görə də Azərbaycan və digər qonşu dövlətlərlə dil tapıb, əlaqələri qurmalıdırlar. Bu da onu göstərir ki, Paşinyan Azərbaycanın qarşısında tab gətirməyəcəyini anlayıb, reallığı yavaş-yavaş dərk edir. Qısasca desək, vəziyyət belədir ki, Ermənistan sadəcə imzalanan üçtərəfli bəyannaməni icra etmək məcburiyyətindədir.

- Hər zaman olduğu kimi, yenə də Ermənistan təxribatçı addımlarını davam edir. Bilirsiniz ki, ara-sıra yenə erməni diversantları işğaldan azad olunan ərazilərimizdə təxribatlar törətməyə cəhd edirlər. Bu cür təxribatların qarşısının alınmasında sülhməramlılarının üzərinə hansı öhdəlik düşür?

- Sülhməramlıların əsas öhdəliyi tərəflər arasındakı sülh şəraitinin qorunmasının təmin edilməsidir. Təbii ki, hər iki tərəfdən sülh şəraitinin qorunmasına sülhməramlılar cavabdehdir. Təxribatların əsas məqsədi Azərbaycanı sərt cavaba təhrik etməkdir. Səbəblər isə məkan, zaman və şərait faktorlarına görə fərqli ola bilər. Məsələn, seçki öncəsi olan təxribatların məqsədi yenidən kiçik silahlı münaqişə başladıb, seçki prosesini saxlamaq idi. Burada vurğulamaq lazımdır ki, Ermənistan silahlı qüvvələri Paşinyandan daha çox Köçəryana yaxındır. Bu səbbədən düşünürəm ki, Köçəryan seçki öncəsi aşağı reytinqlərə malik olduğunu anlayıb, silahlı münaqişə sayəsində hərbi vəziyyətin elan edilməsinə, bununla seçki prosesinin təxirə salınmasına və beləliklə əlavə vaxt udmağa çalışırdı. Digər səbəb Azərbaycanı sərt addımlara təhrik etməklə Nikol Paşinyanın nüfuzunun daha da aşağı salınması cəhdi idi. Amma Azərbaycan, hər zaman olduğu kimi, yenə təxribatlara getmədi və öz təmkinliyini qorudu. Biz, Ermənistandan fərqli olaraq, yalnız öz maraqlarımıza xidmət edirik.

- Tamam xanım, bilirsiniz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb. Bu bəyannamə hər iki ölkəyə nələri qazandıracaq?

- Şuşa Bəyannaməsinə keçməzdən öncə 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyini, ilk gündən Azərbaycanın yanında olmasını qeyd edtmək vacibdir. Bu dəstək Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ən möhtəşəm nümunəsi olmaqla şanlı qələbəmizdə həlledici rol oynadı. Bu gün əminliklə deyə bilərik ki, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada analoqu yoxdur və bu münasibətlər, cənab R.T. Ərdoğanın da vurğuladığı kimi, tarixin sınaqlarından çıxıb: 1914-cü ildə Çanaqqalada  azərbaycanlıların mərdliklə vuruşub, şəhidlik zirvəsinə qalxamaları, Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun 1918-ci ilin sentyabr ayının 15-də Bakını bolşevik-daşnak işğalından təmizləməsi və burada şəhid olmaları bu dostluğun şanlı nümunələridir. Azərbaycanın müstəqiliyini tanıyan ilk ölkə məhz qardaş Türkiyə olub. Müstəqillik illərində Türkiyyə ilə münasibətlərimiz bütün sahələrdə inkişaf etdirilib və beynəlxalq iqtisadi layihələrin uğurla həyata keçirilməsində böyük təcrübə əldə edilib. Bütün deyilənlər bir daha o faktı sübut edir ki, Türkiyə və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş dövlətlərdirlər.

Cənab R. T. Ərdoğanın Şuşa səfəri qardaşlıq münasibətimizin kulminasiya  nöqtəsi oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri və orada müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə qaldırdı. Şuşa Bəyannaməsinin çox böyük siyasi və tarixi əhəmiyyəti var. Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər, siyasəti və s. məqamlar əksini tapır. Həmçinin bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Eyni zamanda burada hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilib. Bu, tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq. Biz bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdə olub, bundan sonra da belə olacaq.

Bu bəyannamə Azərbaycan üçün böyük üstünlüklər qazandıracaq. İlk növbədə, bundan sonrakı dönəmdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı üçüncü dövlətin müdaxiləsi halı olmayacaq. Bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi alyansının qurulması rəsmiləşdi. Bu, Azərbaycan və Türkiyə ordularının bir kontingentdə birləşməsi və bir addımlaması deməkdir. Ən əsası, mühüm məqamlarda hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək. Hər iki ölkənin ordusunda baş verəcək dəyişiklik mütləq şəkildə digərinə də təsir edəcək. Bu bəyannamə Azərbaycan üçün böyük bir şansdır. Şuşa Bəyannaməsindən danışanda burada Qars müqaviləsinə istinad edilir. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa Bəyannaməsi ilə isə Türkiyə Qarabağ və Azərbaycanın digər bölgələrinin təhlükəsizliyinin qarantına çevrilir

Hər iki ölkə üçün önəmli olan bu sənədin Şuşada imzalanması Ermənistana və onun havadarlarına mesaj oldu. Ən əsası, bu anlaşma Azərbaycana qarşı mövqe tutan dövlətlərin əl-qolunu bağlayacaq, ölkəmizin bu yöndəki mövqeyini bir qədər də gücləndirəcək. Səfər çərçivəsində, həmçinin, Türkiyə Baş Konsulluğunun açılma məsələsinin müzakirəsi də bu baxımdan əhəmiyyət kəsb edir.

- Tamam xanım, istərdik ki, Şuşa Bəyanaməsində də qeyd edilən "Zəngəzur dəhlizi" layihəsinin ölkəmiz üçün iqtisadi əhəmiyyətindən danışasınız.

- Bəyannamədə, Prezident cənab İlham Əliyevin Şuşadakı çıxışında da qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Təbii ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın iqtisadi baxımdan əlaqələrinin güclənməsinə və Naxçıvanın blokadadan çıxmasına səbəb olacaq. Dəhliz ölkəmizin qərb rayonlarını Naxçıvanla birləşdirəcək və bunun davamı kimi çəkiləcək Naxçıvan-Qars dəmir yolu xətti Azərbaycanı quru yolla Türkiyə ilə birləşdirəcək. Bu həm də Azərbaycan-Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsinə təkan verəcək. Yeri gəlmişkən qeyd edim ki, 2023-ci ildə Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin 23 milyarda çatdırılması məqsədi qarşıya qoyulub. Zəngəzur dəhlizinin açılması bu hədəflərə çatmaqda çox kömək edəcək.

Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün Türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi qətiləşdi və bu proses sürətlənəcək. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya ilə Avropa arasında əlaqələrin daha sürətli olmasına və asanlaşmasına şərait yaradacaq. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının inkişaf etdirilməsi də sənəddə öz əksini tapıb. Yəni Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin daha da şaxələnməsini şərtləndirəcək. Bununla da Azərbaycanla Türkiyə birləşəcək. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycanla Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə birləşməsi İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.

Gördüyünüz kimi, Şuşa Bəyannaməsi hər hansı bir üçüncü ölkəyə qarşı ittifaq yox, bütün tərəflərin uduşunu hədəfləyən beynəlxalq sənəddir. Zəngəzur dəhlizi isə bu ümumi faydalı əməkdaşlığın özəyidir. Əgər Ermənistan təxribatlarından əl çəkib, "ağlını başına yığıb", bu təklifi dəyərləndirsə, çox şey qazanmış olacaq. Yox, əgər "dənizdən dənizə dövlət" xülyasında yaşamağı davam etsə, öz dövlətçiliyinin olan-qalanını da itirəcək.

- Bu gün müzakirə olunan məsələ işğaldan azad olunan torpaqlarda minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən bizə təhvil verilməsidir. Bilirsiniz ki, bir neçə gün öncə 2 həmkarımız və İcra Hakimiyyətinin nümayəndəsi Kəlbəcərdə minaya düşərək şəhid oldular. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi məsələsində kimlər daha çox Ermənistana təzyiq göstərməlidir?

- Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi məsələsi uzun müddətdir ki, gündəmdədir. Əslində noyabrın 10-da imzalanan üçtərəfli bəyanamədən sonra bu xəritələr bizə təqdim edilməli idi. Bilirsiniz ki, Ermənistan heç bir zaman beynəlxalq hüquqa hörmət etməyib. 30 il ərzində Ermənistan BMT TŞ-nın 4 qətnaməsini icra etmədi. ATƏT-in Misk Qrupu da öz fəaliyyətsizliyini göstərərək, Ermənistana təyziq etmədilər və ya etmək istəmədilər. Azərbaycan bu qətnamələri özü həyata keçirməyə məcbur oldu və ərazi bütövlüyümüz bərpə edildi. Bu, bir daha onu göstərir ki, 30 ildə beynəlxalq hüquqa hörmət etməyən Ermənistan yenə də öz əməlindən əl çəkməyəcək. 1949-cu il Cenevrə Konvensiyasına görə, bu, hərbi cinayətdir. Bundan əlavə, bəziləri deyirdilər ki, guya belə bir xəritə yoxdur.

Azərbaycan xəritələrlə bağlı dövlət səviyyəsində bütün beynəlxalq qurumlara və təşkilatlara müraciət edib. Cənab Prezident bütün beynəlxalq tədbirlərdəki çıxışlarında ermənilərin minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyini, onun bu hərəkətlərinin beynəlxalq hüquqa zidd olduğunu diqqətə çatdıraraq, beynəlxalq təşkilatları və dövlətləri bu məsələdə Ermənistana təzyiq etməyə çağırıb. Çox təəssüf ki, biz beynəlxalq aləmin, 30 ildə olduğu kimi, bu gün də ikiüzlülüyünün, ikili standartlarının şahidi oluruq. İki jurnalistimiz şəhid olanda insan hüquqları və jurnalistlərlə bağlı təşkilatlar Ermənistanın bu addımını pisləyəcək bəyanat verdlərmi? Xeyr. Bu yenə də bizə qarşı ikili münasibətin göstəricisidir. Yenə də dünya Ermənistanın hərbi cinayətlərinə qarşı kar və kordur. Jurnalistlərin peşə borcunu yerinə yetirən zaman minaya düşərək həlak olması terror aktıdır. Bu gün jurnalistlər həqiqəti dünyaya çatdıran şəxslərdir. Onlar minaya düşərək həlak olurlarsa, bu, terror hadisəsidir. Amma təəssüf ki, insan hüquqlarından "dəm vuran" təşkilatlar yenə də Ermənistanın bu cinayətini görməzlikdən gəldilər. Əslində buna təəccüblənməməliyik. Çünki biz 30 ildə dünyanın ikiüzlülüyünün şahidi olmuşuq. Bu gün müxtəlif təşkilatlar "erməni hərbi əsirlərini buraxın" deyərək Azərbaycana müraciət edirlər. Biz də beynəlxalq hüquq çərçivəsində bildiririk ki, onlar əsir deyil, atəşkəs əldə edildikdən sonra terror məqsədilə ərazimizə soxulan diversantdırlar. Ermənistan o təşkilatlara müraciət edən kimi onlar bizə təzyiq etməyə çalışırlar. Amma 7 aydır ki, biz beynəlxalq təşkilatlara mürciət edib, minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq etməklərini istəsək də, nəticəsiz qalıb. Bu kimi ikili münasibət mövcuddur. Sonuncu dəfə Ağdamda minalanmış ərazilərin xəritəsinin verilməsi məsələsində ABŞ-ın və Gürcüstanın vasitəçiliyini qeyd etmək lazımdır. Ümid edirəm ki, Ermənsitana beynəlxalq təşkilatların təzyiqi artacaq və minalanmış ərazilərin xəritəsi bizə təqdim ediləcək. İşağlçı bir dövlət olaraq, böyük itkilər ilə qarşılaşan Ermənistan ərazilərimizi minalamaqla indi də özünü terrorçu dövlət kimi dünyaya nümayiş etdirir. Zənnimcə, biz Ermənistanın terrorçu dövlət olmasının dünyada tanınması istiqamətində səylərimizi gücləndirməliyik.

Aysel Yusifqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1036   Tarix: 28 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb

Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayı

18 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart