Ermənistan xəbərdarlıqlara məhəl qoymur, Azərbaycan tərəfi hansı addımları atacaq? - AÇIQLAMA

Ermənistan xəbərdarlıqlara məhəl qoymur, Azərbaycan tərəfi hansı addımları atacaq? - AÇIQLAMA"10 noyabr bəyanatından sonra ermənilərin atəşkəsə tam olaraq riayət edəcəklərini söyləmək mümkün deyil. Bu reallıqdır ki, ermənilər hər zaman belədirlər. Ermənistan tərəfinin etdiyi hərəkətlər, siyasi əxlaqsızlıqlar bizə onu deməyə əsas verir ki, Ermənistan tərəfi heç bir halda müqavilənin şərtlərinə əməl etmək istəmir".

Bu sözləri Sonxeber.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, müharibə Azərbaycanın maraqları çərçivəsində deyil:

"Azərbaycanın erməni təxribatına qarşı atacağı addımlar ərazini möhkəmləndirməkdən, lazım olduğu vaxt cəza tədbirlərinin görülməsindən ibarətdir. Bunlardan başqa bir variant yoxdur, çünki təxribatların qarşısını almaq üçün əməliyyatların həyata keçirilməsi, yenidən müharibənin alovlandırılması Azərbaycanın maraqlarına xidmət etmir. Biz hər dəfə qeyd edirik ki, beynəlxalq qaydalara və 10 noyabr bəyanatına riayət edirik. Sülh müqaqviləsi imzalanmayana qədər proses belə də davam edəcək.

Ermənistan öz məğlubiyyəti ilə barışmaq istəmir və bu cür yollara əl ataraq qisas almağa çalışır. Digər tərəfdən, Ermənistanın siyasi durumunda da, hərbi vəziyyətində də fərqli fikirlər mövcuddur. Nikol Paşinyan hakimiyyətinə qarşı qruplaşmalar var ki, onlar Paşinyanı gərgin vəziyyətə salmaq istəyirlər. Düşünürəm ki, bundan sonra hadisələrə nəzarət mexanizmi güclənəcək. Seçkilər bitdi, Paşinyan öz hakimiyyətini daha da gücləndirə biləcək".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2373   Tarix: 28 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021