"Ermənistan təxribatlarına davam etsə, Azərbaycan-Türkiyə birliyinin gücünü görəcək" - AÇIQLAMA

"Ermənistan təxribatlarına davam etsə, Azərbaycan-Türkiyə birliyinin gücünü görəcək" - AÇIQLAMAXəbər verdiyimiz kimi, Ermənistan son vaxtlar atəşkəsi davamlı olaraq pozur. Atəşkəsin pozulması Azərbaycan-Türkiyə birliyini hansı addımları atmağa məcbur edəcək?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən millət vəkili Fəzail Ağamalı bildirib ki, Ermənistanın Azərbaycanla döyüşməyə gücü yoxdur:

"Son vaxtlar Azərbaycan tərəfinin mövqeləri Ermənistandan atəşə tutulur. İtkilərimiz yoxdur. Silahlı Qüvvələrimiz də onlara layiqincə cavab verib. Bu təxribatı yaradanlar məğlub olan Köçəryan tərəfdarlarıdır. Onlar Azərbaycan və Ermənistan arasında yenidən müharibənin başlanması və Azərbaycanın adekvat addım ataraq Ermənistanın içərilərinə getməsinə ümid edərək bu təxribatlara əl atırlar. Azərbaycan isə bütün bunların fərqindədir. Qəhrəman Silahlı Qüvvələrimiz, Sərhəd Qoşunlarımız sərhədlərimizi yüksək səviyyədə qoruyurlar. Mən əminliklə deyirəm ki, bu təxribatlar bizə heç bir ziyan vurmayacaq. Düşünürəm ki, bu məsələ heç müharibəyə qədər getməyəcək. Yox, əgər müharibə olarsa, Türkiyə, 44 günlük müharibədə olduğu kimi, yenə bizimlə olacaq. Ermənistan təxribatlarına davam etsə, Azərbaycan-Türkiyə birliyinin gücünü görəcək. Nəzərə alsaq ki, Ermənistan ordusunun 70-80 faizi məhv edilib və hərbi potensialı yoxdur, orada həm də kifayət qədər ruh düşkünlüyü var. Bu vəziyyətdə Ermənistan Azərbaycanla açıq şəkildə döyüşə gedə bilməz".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3006   Tarix: 28 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021