İnsult halları nə üçün artır? Professordan açıqlama

İnsult halları nə üçün artır? Professordan açıqlamaBakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tədbir keçirilib. Tədbirdə stansiyanın baş həkimin müalicə işləri üzrə müavini İradə Əliyeva müraciətlər barədə məlumat verib.

Onun sözlərinə görə, 2017-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693600-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 12 000 çoxdur. Bu müraciətlərdən 63300-dən çoxu xəstəxanalara yerləşdirilib. Baş həkimin müavini deyib ki, ötən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə edilir.

İnsult - beynin qan təchizatının pozulması xəstələnmə və ölüm strukturunda yüksək yer tutduğuna, habelə, müvəqqəti əmək qabiliyyətinin itirilməsi, ilkin əlillik göstəriciləri əhəmiyyətli olduğuna görə aktual tibbi-sosial problem hesab olunur. Həkimlərin məlumatına görə, bu xəstəlik hər yaşda və hər anda baş verə bilər.

Azərbaycan əhalisinin ölüm səbəbləri arasında insultun xüsusi payı olduğunu təsdiqləyən həkimlərimiz insanları vaxtında müayinə və müalicə olmağa çağırırlar.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın Sherg.az-a açıqlamasına görə, insult xəstəliklərinin artmasının əsas səbəbi sosial faktorlar, ətraf mühit, ekoloji amillər və son illər artan psixoemosional gərginlikdir:

- İnsult ya beyin damarlarının tromblaşması, ya zədələnməsi və partlaması, ya da beynə qansızma nəticəsində baş verir. Xəstəliyin geniş arealda yayılması ilk növbədə müasir həyat tərzi ilə bilavasitə bağlıdır. Həddən artıq qida qəbulu və ziyanlı qidalardan çox istifadəyə olan meyillilik nəticəsində orqanizmə daxil olan kalorinin yanma prosesi demək olar ki, getmir. Bu, kalori orqanizmdə depolanır və xolestrinin yanma məhsulları damarları kirəcləşdirərək onların tutulmasına səbəb olur. Damarlarda kirəcləşmə ürək və beynə gedən qan təchizatını pozur və insanın erkən yaşda əmək qabiliyyətini aşağı salır. Belə ki, zədələnmiş damarların elastikliyi itir və arterial təzyiq əmələ gəlir. Arterial təzyiq isə ürəyə və beynə əlavə yük olur. Bəzən elastikliyini itirən damarlar qopur və bu zaman beynə qan sızır, yaxud tromblaşaraq tromboz yaradır. Ona görə də insanın həyat tərzi burada mühüm rol oynayır. İnsanlarımız kütləvi idmana meyilli deyil və az hərəkətdə olurlar. Oturaq həyat tərzi, artıq çəki şəkərli diabet və insult kimi xəstəliklərin gəncləşməsinə gətirib çıxarır. Xəstəliyin xüsusi çəkisinin azalması üçün aktiv həyat tərzi mühüm əhəmiyyət daşıyır. Sağlam qidaya, piyada gəzməyə üstünlük vermək, davamlı hərəkətdə olmaq lazımdır.

Professorun sözlərinə görə, siqaret çəkmə, həddən artıq alkoqolun qəbulu insultu yaradan səbəblərdəndir. Siqaret beyin damarlarını daraldır, spirt isə yağlı qidaların qana sovrulmasını tezləşdirir. Ümumiyyətlə, spirt orqanları tez zədələyib sıradan çıxarır və funksional pozuntulara səbəb olur:

"Təəssüflər olsun ki, son dövrlərdə qadınlar arasında siqaret çəkənlərin sayı həddən artıq çoxalıb. Bu, özünü qadınlar arasında insultun artmasında büruzə verir. Qadınların işləməməsi, bütün günü oturaq vəziyyətdə qalması, həddən artıq qida qəbulu erkən vaxtda qan təzyiqinə və insulta gətirib çıxara bilir. İnsultdan sonrakı bərpa mərhələsi onun beyin damarlarının hansı hissəsini zədələnməsindən asılıdır. Beyin resurslarının nə qədər qalması, tromboz sayının nə qədər olması insultdan sonrakı mərhələ üçün çox önəmlidir. Bundan başqa, insultun lokalizasiyası və genişliyi, həmçinin xəstənin yaşı sonrakı dövr üçün əhəmiyyətli hesab edilir".

Mütəxəssisə görə, insult beynin müəyyən bir hissəsində qanamanın yaranması və beynin qansız qalması ilə əlaqədar yaranan xəstəlikdir. Ona görə də ilk olaraq risk faktorlarının qarşısı alınmalıdır. Təzyiq normal saxlanmalı, aktiv həyat tərzi sürülməlidir: "Xəstəliyin öncədən müayinəsi insanı əlillikdən və ölüm hallarından qoruya bilər. Yaşlı, qan təzyiqi olan adamlar, şəkərli diabetlər, artıq çəkisi olanlar daim müayinə olunmalıdırlar. Onlar qanın laxtalanmasını normal saxlayan müalicə almalı, xolesterini endirən, şəkəri stabil saxlayan müalicələr almalıdırlar. Bu halların gözlənilməməsi, həyat tərzinin bu şəkildə davam etməsi insulta, infarkta və digər xəstəliklərə aparan yoldur.

İnsultdan sonra bərpa erkən müdaxilədən və xəstəliyin formasından asılıdır. Əgər insanda güclü başağrısı, keyimə, ürəkgetmə, qıcolma, nitqdə tutulmalar, üzdə hər hansı əyilmələr, bulanıq görmə, qəfil və ildırımvurma şiddətində baş ağrıları hiss olunursa, bu, insultun əlamətləridir. İnsult zamanı nə qədər erkən müdaxilə olunarsa, beyin hüceyrələri o qədər qorunmuş olur. Bu, həm də sonrakı fəsadların da minimuma endirilməsində mühüm rol oynayır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1943   Tarix: 29 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart