Paşinyan Azərbaycanın qarşısına hansı dövlətləri çıxarmaq istəyir? - AÇIQLAMA

Paşinyan Azərbaycanın qarşısına hansı dövlətləri çıxarmaq istəyir? - AÇIQLAMA"Çox təssüf ki, Paşinyan Ermənistanda öz hakimiyyətini gücləndirir və Azərbaycanla Ermənistan arasında siyasi proseslərdə müsbətə doğru gedən heç nə yoxdur, çünki erməni tərəfi öhdəliklərini yerinə yetmir".

Bu sözləri Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

O bildirib ki, Ermənistan tərəfi sülh müqaviləsinə gəlmək əvəzinə uzaqlaşır:

"Azərbaycan tərəfinin əsas prioritet addımı burada sərhədlərin müəyyən edilməsi, yəni demarkasiya prosesinin başa çatması və daha sonra delimitasiya prosesinin yekunlaşması ilə bağlıdır. Bütün bunlar sülh müqaviləsinin imzalanması ilə nəticələnməlidir. Amma buna qədər 10 noyabr razılaşması, Paşinyanın əməl edəcəyi öhdəliklər var idi. Bunlar, xüsusilə də demarkasiya xətlərinin çəkilməsi, Qarabağdakı erməni silahlılarının çıxarılması ilə bağlı verilən vədlər idi. Amma bunlara əməl olunmur, davamlı şəkildə Azərbaycana hücumlar təşkil olunur, həm Tovuz, həm Kəlbəcər istiqamətində təxribatlar həyata keçirilir. Burada da erməni tərəfi, xüsusən də Paşinyan admistrasiyası, Azərbaycanın qarşısına Rusiya və KTMT üzvü olan ölkəri çıxarmaq istəyir. Bu onu göstərir ki, Paşinyan da artıq revanşist əhval ruhiyyədədir və sülhə yaxınlaşdıracaq addımlar atmaqdansa, sülhdən uzaqlaşmaq haqqında ciddi radikal düşüncələr nümayiş etdirməkdədir".

Sülh müqaviləsinin imzalanması istiqamətində atılacaq addımlar barədə isə ekspert bunları deyib:

"Sülh müqaviləsinin imzalanması istiqamətində hansı addımlar atılmalıdır ki, erməni tərəfi bu ritorikadan imtina etsin, kommunikasiyaları açsın, sərhədlərin müəyyənləşdirilməsində problem yaratmasın, təxribatlar törətməsin, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə dəstək olsun, baş nazirlər və müavinləri səviyyəsində qurulan komisiyyanın işinə töhfə versin, bunlarla bağlı iddia edən tərəf isə günahlandıran tərəfə çevrilməsin? Bu məsələ həllini tapsa, konkret sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər. İndiki halda isə sülh müqaviləsindən yox, Azərbaycan Respublikasının Prezidentinin açıqlaması üzərindən şərh vermək olar. İlham Əliyev vurğuladı ki, erməni tərəfi razılaşmaya əməl etmədiyi hər bir halda onların cəzalandırılması aktual olacaq. Ermənistan mediası da qeyd edir ki, sülh müqaviləsinin imzalanması ilə bağlı şans itirilib".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3867   Tarix: 30 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel