"Biz mina xəritələrini terrorçularla dəyişmirik" - Polkovnik

"Biz mina xəritələrini terrorçularla dəyişmirik" - PolkovnikBeynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Rusiyanın "İzverstiya" qəzetinə müsahibəsində deyib ki, Azərbaycan və İrəvan arasında əsirlərin mina xəritələri ilə dəyişdirilməsində vasitəçi ola bilərlər. Bəs mina xəritələrinin əsirlərlə dəyişdirilməsi yenidən baş tuta bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən polkovnik Şair Ramaldanov bildirib ki, biz terrorçular müqabilində xəritə almırıq:

"Bu, düzgün söhbət deyil. Biz güya erməni terrorçuları buraxıb, əvəzində mina xəritələri alırıq. Azərbaycanda hərbi əsir yoxdur. Hərbi əsirlərin hamısı bəyannamə əsasında qaytarılıb. Azərbaycanda olan şəxslər terrorçuluq fəaliyyətinə görə saxlanılan şəxslərdir. Onlarla da istintaq aparılır. İstintaqın nəticəsi olaraq da, əgər onların cinayəti təsdiqlənsə, məsuliyyətə cəlb olunacaqlar. Cinayətləri təsdiqlənməsə, 15 nəfər qaytarıldığı kimi, geri qaytarılacaqlar. Ermənistan mediası yazmışdı ki, güya biz əsirlərin qaytarılması qarşılığında mina xəritələrini almışıq. Biz xəritələri alsaq da, almasaq da, əsirlər Ermənistana təhvil veriləcəkdi. Bəzilərinin isə cinayəti sübut olundu və onlara müəyyən cəzalar verildi. Ona görə də biz mina xəritələrini terrorçularla dəyişmirik.

Ağdamın mina xəritələrinin nə qədər düzgün olub-olmaması haqqında Azərbaycan Respublikası rəsmi xəbər yaymayıb. Hələ xəritələr ekspertizada yoxlanılır. Ağdamın mina xəritələri biz istəyən tələblərə cavab verməsə, bundan sonra artıq onlardan xəritə istəməyəcəyik. Yox, əgər xəritələr real olsa, o zaman, təbii ki, biz bu istiqamətdə danışıqları davam etdirəcəyik. Konvensiyanın tələblərinə uyğun olaraq, onlar özləri bizə xəritələri verməli idilər. Tək xərotə vermək yox, hətta əraziləri minalardan da özləri təmizləməlidirlər".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2882   Tarix: 30 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub. xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, Mülki Müdafiə Qoşunlarının Təşkilati səfərbərlik bölməsinin rəisi polkovnik-leytenant Hikmət Məhi oğlu Hacıyev Mülki Müdafiə Qoşunlarının kadrla

19 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel