Zəngəzur dəhlizinin açılmasında hansı dövlətlər maraqlıdır? - AÇIQLAMA

Zəngəzur dəhlizinin açılmasında hansı dövlətlər maraqlıdır? - AÇIQLAMAİstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

"Qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlar gələcəkdə çoxtərəfli və geniş şaxəli sülhün bağlanılmasına gətirib çıxara bilər. Həm 10 noyabr, həm də 11 yanvar tarixində imzalanan bəyanatlar bölgədə təhlükəsizliyi, sülhü və əməkdaşlığı özündə əks etdirir. Eyni zamanda Ermənistan Azərbaycanın şərtlərini qəbul etsə, bu şərtlərin də sülhü dəstəklədiyini nəzərə alaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər".

Bu sözləri Sonxeber.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Ermənistan Azərbaycanın yürütdüyü regional siyasətlə barışmalıdır:

"Ermənistan Azərbaycanla olan sərhədlərini tanımalı və bu sərhədləri qəbul etməlidir. 10 noyabr tarixindən sonra Laçın və Kəlbəcərin işğaldan azad olunması, Azərbaycanın döyüş yolu ilə Vətən müharibəsində Zəngilan və Qubadlının işğaldan azad etməsi yeni reallıqılar formalaşdırıb. Bu reallıqları da Ermənistan və dünyanın digər güclü dövlətləri qəbul edir. Ermənistanda revanşizm ritorikası ilə hakimiyyətə can atan Köçəryan və Sarkisyan cütlüyü seçkilərdə məğlub oldu və Ermənistan xalqı onlara siyasi iqtidarı vermədi. Nikol Paşinyan isə Azərbaycanın onlara təklif etdiyi şərtləri qəbul etməlidir, çünki Ermənistan həm də kapituliyasiya aktına imza atıb. Bu akt isə onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanın yürütdüyü regional siyasətlə barışmalıdır. Bundan başqa çıxış yolu yoxdur".

Politoloq, həmçinin, vuğulayıb ki, sülh müqaviləsi ümumilikdə regionda təhlükəsizliyə və sabitliyə gətirib çıxaracaq:

"Sülh müqaviləsi bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin blokdan açılmasına səbəb olacaq, yeni geosiyasi imkanlar formalaşdıracaq.
Zəngəzur dəhlizinin tez bir zamanda açılması regionda olan bütün dövlətlərin marağındadır. Layihə 3+3 platforması çərçivəsində istifadəyə verilməlidir. Bu, Cənubi Qafqaz dövlətləri, Azərbaycan, Ermənistan, Gürcüstan və böyük dövlətlər olan İran, Rusiya, Türkiyənin siyasi-iqtisadi maraqları çərçivəsindədir. Bu konteksdə Azərbaycan öz uğurlu siyasətini davam etdirir. Həm avtomobil yollarının çəkilişi, həm dəmir yolu xətlərinin istifadəyə verilməsi və ötən gün təməli qoyulan Ələt Azad İqtisadi Zonasının tikintisi bu qəbildən olan layihələr çərçivəsindədir. Azərbaycan Mərkəzi Asiya üzərindən gələn yüklərin Xəzər dənizi vasitəsilə işğaldan azad olunan ərazilərdən keçərək Naxcıvan üzərindən Qərbə nəql olunmasında maraqlıdır və bu istiqamətdə müvafiq addımlar atılır".

Aytəkin Cəlali

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2446   Tarix: 02 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel