Hikmət Hacıyev: "Azərbaycan mina xəritələrinin sayının açıqlanması üçün Ermənistana müraciət edib"

Hikmət Hacıyev: "Azərbaycan mina xəritələrinin sayının açıqlanması üçün Ermənistana müraciət edib"Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "The Washington Times" nəşrində Ermənistanla Azərbaycan arasında əməkdaşlıq və sülh perspektivlərinə dair məqaləsi dərc olunub.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, məqalədə Hikmət Hacıyev xatırladıb ki, 2020-ci ilin noyabrında hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisində tutulmuş 15 erməni hərbçisi Ermənistana təhvil verilib, Ermənistan isə bunun əvəzində Azərbaycan torpaqlarında mina yerləşdirdiyi ərazilərin xəritəsini Azərbaycana verib. O qeyd edib ki, Azərbaycan etimadın yaradılması üçün növbəti addımları atmağa hazırdır.

"Bu diplomatik irəliləyişə əsaslanaraq qarşıdurmanı əməkdaşlığa çevirməliyik. Çünki bizi qarşıda çox iş gözləyir", - Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycana təhvil verilmiş xəritələrdə yalnız bir azad olunmuş rayondakı minaların yeri göstərilir: "Daha çox xəritə verilməyincə digər rayonlarda minalardan təmizlənmə prosesi sanki kor-koranə davam edəcək. Baş nazir Paşinyan özü də etiraf edib ki, verilmiş xəritələr Ermənistanın əlində olan xəritələrin yalnız kiçik bir hissəsidir".

Hikmət Hacıyev Azərbaycan ərazilərində hələ nə qədər minanın qaldığının bilinmədiyini qeyd edib: "Qarabağ dünyanın ən intensiv şəkildə minalanmış ərazisi hesab olunur: 1990-cı illərin Birinci Qarabağ müharibəsindən bəri bu yaxınlaradək mövcud olmuş təmas xətti boyunca 1,5 milyard kvadrat metrdən çox ərazidə partlayıcı quraşdırılıb - bu ərazi Şimali və Cənubi Koreya arasında Demilitarizasiya Zonası ilə müqayisədə daha çox partlayıcılarla çirklənib".

"Azərbaycanlılar bu torpaqlara artıq qədəm basa bildiklərinə görə, yerli mətbuatda insan faciələri barədə xəbərlər mütəmadi olaraq dərc olunur. Atəşkəs elan olunandan bəri 140 mülki vətəndaş - 30 illik sürgündən sonra evlərinin qalıqlarını görmək istəyən məcburi köçkünlər - bu ərazilərdə həlak olub. Bu yaxınlarda, iki jurnalist onları daşıyan avtomobilin geri çəkilən erməni qüvvələri tərəfindən yerləşdirilmiş tank əleyhinə minaya düşməsi nəticəsində həyatını itirib", - Prezidentin köməkçisi bildirib.

Hikmət Hacıyev məqaləsində qeyd edib ki, bu kimi hadisələr barışığa böyük əngəl yaradır: "Noyabrda Moskvada hərbi əməliyyatların sona çatmasına dair atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, azərbaycanlı mülki əhali hələ də həlak olur".

O həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistan hökumətinə əllərində olan mina xəritələrinin sayını açıqlamaq üçün müraciət edib.

Hikmət Hacıyev məqalədə Zəngəzur Dəhlizinə də toxunub:

"Azərbaycanı Ermənistanla birləşdirən dəmir yolu və avtomobil yolunun - Zəngəzur Dəhlizinin yenidən açılması həm ölkələrimiz, həm də bütün bölgə üçün iqtisadi fürsətlər yaradacaq".

Onun sözlərinə görə, Zəngəzur Dəhlizi Naxçıvanın təcridinə son qoyacaq, Ermənistanın paytaxtı Yerevanı quru yolu ilə Moskva və digər paytaxtlarla Azərbaycan ərazisi vasitəsilə birləşdirə biləcək.

Hikmət Hacıyev Minsk Qrupunun fəaliyyətinə də toxunub: "Bölgədə baş verən bu transformasiya prosesində ümid edirik ki, 1992-ci ildə Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi altında yaradılan və vasitəçi orqan olan Minsk Qrupu keçmişin deyil, gələcəyin bir hissəsi olacaq".

O qeyd edib ki, Minsk Qrupu Ermənistan və Azərbaycan arasında qarşıdakı illərdə etimadın artırılmasında mühüm rol oynaya bilər.

"Bu gün bizə sabitlik və bunun nəticəsində birgə rifah şansı təklif olunur. Bir-birimizi tanımaq, birlikdə daha təhlükəsiz böyümək və inkişaf etmək fürsətimiz var. Sonda bütün bu etimadın yaradılması tədbirləri bizi Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinə gətirib çıxara bilər. Ancaq sülh və əməkdaşlıq əvəzinə revanşizmə can atmaq başqa bir fəlakət və faciə gətirə bilər", - Hikmət Hacıyev vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 779   Tarix: 02 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021