Azərbaycan Qoşulmama Hərəkatında öz humanitar missiyasını məsuliyyətlə icra edir

Azərbaycan Qoşulmama Hərəkatında öz humanitar missiyasını məsuliyyətlə icra edirBu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Bu hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır. Dünyada baş verən mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb.
Artıq 10 ildir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv qəbul edilib. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb və bunun nəticəsidir ki, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.
2021-ci iliyulun 13-də İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransı keçirilib və bu konfransda dövlətimizin başçısı İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Öz çıxışında Prezidentimiz "Azərbaycanın şanlı Qələbəsinin beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi olduğunu" bir daha bildirmişdir.
44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına tarixi Zəfərimizlə son qoyulması Azərbaycanın regionda, dünyada yeri və roluna yeni əlavələr etdi, qalib, yeni reallıqlar yaradan ölkə olaraq diktə edən tərəf kimi çıxış etməsini şərtləndirdi. Azərbaycan bir daha işğalçı Ermənistana və ona 30 il azmış kimi bu gün dəstək verməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı.
Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu istər 30 illik işğal, istərsə də postmüharibə dövründə funksiyasını dərk etmək istəmirsə, mandatına uyğun olaraq neytrallığı qorumursa, bunun artıq geniş şərhə ehtiyacı yoxdur. Son hadisə də bunun bir daha təsdiqi oldu. Bakıda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Şuşaya səfər edir, ABŞ, Fransa və Rusiya səfirləri bu səfərə qatılmırlar. Bəyanatlarda Azərbaycanın tarixi Qələbəsi dəstəklənir, sözdən əmələ keçmək lazım olanda isə seyrçi mövqedə dayanmaq çıxış yolu hesab edilir.
Azərbaycan Ordusu dövlət başçısının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 gündə işğala son qoydu, 28 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Bu gün yeganə məqsəd ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə elə həmin dövlətlərin, təşkilatların təmsilçilərinin vasitəsilə çatdırmaqdır.
Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, dünya xalqlarının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə yer alan aktual məsələlərə ədalət prinsipləri baxımından yanaşılması daha vacibdir.
Qoşulmama Hərəkatı dünyanın nizamını pozan terrorçuluğa, separatizmə, milli və ərazi münaqişələrinin alovlanmasına qarşı mübarizədə BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda təqdim olunan çıxışında da dövlətimizin başçısı İlham Əliyev bu kimi məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandunq prinsipləri" Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.
Qoşulmama Hərəkatının COVID-19-la mübarizə sahəsində göstərdiyi səylərdən geniş bəhs edən cənab İlham Əliyev bu hədəfi də açıqlamışdır ki, qurum koronavirus pandemiyasından sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır. Bu mənada pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər.
2020-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu xüsusi qeyd edən ölkə Prezidenti bunu Hərəkatın gündəliyində dayanan vacib mövzulardan birinin uğurla həll edilməsi ilə əsaslandırıb. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz, bunun təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatı Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu.
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə münaqişənin hərbi yolla həllinin mümkün olduğunu, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını nümayiş etdirdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Ölkə Prezidenti Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında "Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir" söyləyərək bu inamı da ifadə etmişdir ki, Azərbaycan ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Qoşulmama Hərəkatında öz humanitar missiyasını məsuliyyətlə icra edir


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 463   Tarix: 15 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021