ATƏT-in Minsk qrupunun bundan sonrakı taleyi necə olacaq? - AÇIQLAMA

ATƏT-in Minsk qrupunun bundan sonrakı taleyi necə olacaq? - AÇIQLAMA1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə yaradılan ATƏT-in Minsk qrupu 30 il ərzində sözdə işğalı pisləsə də, əməldə ötən ilin sentyabr ayının 27-nə qədər mövcud olan status-kvonun saxlanılması üçün çalışıb. Bu gün isə Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın öz hərbi gücü hesabına həll olunub. Əgər artıq münaqişə həll edilibsə, işğalçını dəstəkləyən ATƏT-in Minsk Qrupunun fəaliyyəti kimə lazımdır? Hətta bu gün ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı fikirlər səsləndirənlər də var. ATƏT-in Minsk Qrupu ləğv edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki ATƏT-in Minsk Qrupu artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılan institut idi:

"Lakin ATƏT-in Minsk Qrupu 30 il ərzində bu problemin həll edilməsi istiqamətində yarıtmaz fəaliyyət göstərdi. ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların fəaliyyətsizliyindən səbir kasası dolub-daşan Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və illərdir ki, yerinə yetirilməyən 4 qətnaməni özü icra etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qarışdığı üçün ATƏT-in Minsk Qrupunun bundan sonrakı hər hansı fəaliyyəti bizə maraqlı deyil. Cənab Prezident özü də vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşduğu üçün indiki mərhələdə ATƏT-in Minsk Qrupunun hansı işlə məşğul olacağı sual altındadır. Ona görə də düşünürəm ki, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir".

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli isə vurğulayıb ki, bu gün ATƏT-in Minsk Qrupunun ləğv edilməsi inandırıcı deyil:

"ATƏT-in Minsk Qrupunun əsas missiyası hazırda Azərbaycanın öz hərbi gücü ilə həll etdiyi Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsi istiqamətində töhfə vermək idi. 30 il ərzində onlar münaqişənin həll olunması istiqamətində yalnız "Paket variantı", "Ümumi dövlət" kimi planlar təklif etdilər. Lakin bu təkliflərin hər biri ərazi bütövlüyümüzün bərpasına zərbə olduğu üçün qəbul edilmədi. Vətən müharibəsi zamanı 3 həmsədr ölkənin ayrı-ayrılıqda fəaliyyəti bir daha göstərdi ki, onların məqsədi mövcud status-kvonu qoruyub, saxlamaqdır. Əslində öz ölkəsində erməni lobbisini gücləndirən ölkələrin Azərbaycanın mənafeyinin müdafiəsi yönündə addım atması inandırıcı deyil".

Politoloq söyləyib ki, 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, bu ölkələrin, xüsusilə də Fransanın 30 illik fəaliyyəti sadəcə işğalçını dəstəkləmək olub:

"Həmin 3 həmsədr ölkənin səfirlərinin bu yaxınlarda Şuşaya getməkdən imtina etməsi onların fəaliyyətinin əsas mahiyyətini ortaya qoydu. Əslində bu, həm də diplomatik kobudluq və milli maraqları heçə saymaqdır. Ona görə də düşünürəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bu cür passiv qalması bütün tərəflər üçün əlverişlidir. Zamanı gələndə, yəqin ki, cənab Prezidentin təklif etdiyi "3+3", yəni Azərbaycan, Gürcüstan, Türkiyə, İran, Ermənistan və Rusiya birgə formatı qurulacaq. Bu o deməkdir ki, regiona başqa ölkələr buraxılmasın və bu dövlətlər arasında iqtisadi əməkdaşlıq formatı qurulsun. Hesab edirəm ki, bu yolla bölgədəki bütün problemləri həll etmək mümkündür. Bu gün birtərəfli olaraq ATƏT-in Minsk Qrupundan imtina etsək, digər dövlətlərin təzyiqi ilə qarşılaşa bilərik".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1487   Tarix: 16 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel