"Sülhməramlılar ora öhdəliklərini yerinə yetirməyə yox, bizimlə "məzələnməyə" gəliblər" - Millət vəkili

"Sülhməramlılar ora öhdəliklərini yerinə yetirməyə yox, bizimlə "məzələnməyə" gəliblər" - Millət vəkiliÖtən ilin sentyabr ayının 27-də 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Qarabağda hərbi əməliyyatların dayandırılması üçün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli bəyannamə imzalandı. Bu bəyannaməyə uyğun olaraq, bölgədə sülhün qorunması Rusiya və Türkiyə sülhməramlılarına tapşırılıdı. Lakin Tovuz, Şuşa, Naxçıvan, Ağdam və Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması Rusiya sülhməramlılarının 10 noyabr bəyannaməsinə uyğun olaraq sülhün qorunması istiqamətində üzərlərinə götürdükləri öhdəliyi lazımınca yerinə yetirmədiklərini göstərir. Əgər bölgədə atəşkəsə nəzarət edib, erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxara bilmirlərsə, o zaman Rusiya sülhməramlılarının Qarabağda nə işi var?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən deputat Aqil Abbas bildirib ki, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə erməni silahlı qüvvələrinin Azərbaycan ordusuna atəş açması bizdə müəyyən sualların yaranmasına səbəb olur:

"Ötən il noyabrın 10-da imzalanan bəyannaməyə uyğun olaraq, Rusiya sülhməramlıları Azərbaycan torpaqlarındakı Ermənistan silahlı qüvvələrini çıxarmalı idilər. Amma son bir neçə gündə baş verənlər onu göstərir ki, Qarabağda hələ də erməni diversantları qalmaqdadır. Belə çıxır ki, sülhməramlıları ora ona görə yerləşdiriblər ki, biz atəş aça bilməyək və ermənilər də rahat şəkildə bizimlə "məzələnsinlər". Belə olan halda Rusiya ordusu Qarabağa sülhməramlı məqsədlə gəlməyib. Sülhməramlılar ora öhdəliklərini yerinə yetirməyə yox, bizimlə "məzələnməyə" gəliblər. Bu gün hələ də Qarabağda Ermənistanın silahlı qüvvələri qalmaqdadır. Hesab edirəm ki, biz Rusiya sülhmərəmlılarının qarşısına 10 noyabr bəyannaməsinə əməl etmələri üçün şərt qoymalı və, lazım gələrsə, Laçın dəhlizini də bağlamalıyıq. Əgər sülhməramlılar bəyannamənin şərtlərinə əməl etmirlərsə, ərazilərimizdən çıxıb getsinlər".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2058   Tarix: 16 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel