"Mətbuat işçiləri fədakarlıq və qəhrəmanlıq rəmzinə çevriliblər" - Tamam Cəfərova

"Mətbuat işçiləri fədakarlıq və qəhrəmanlıq rəmzinə çevriliblər" - Tamam Cəfərova""Əkinçi" qəzeti ilə başlanan milli mətbuatımız dövlətçilik tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol oynayıb. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan "Əkinçi" qəzetinin 1875-ci ilin iyul ayının 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Təsadüfi deyil ki, "Əkinçi" qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur".

Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Sovet hakimiyyəti dönəmində ciddi senzura ilə qarşılaşan milli mətbuatımız ötən əsrin 80-ci illərindən başlayaraq azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub:

"Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyaraq saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənib, jurnalistikanın çeşidli növləri meydana çıxıb".

Tamam Cəfərova bildirib ki, müstəqilliyin ilk illərindən başlaraq mətbuatın inkişafı ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və mətbuatın davamlı inkişafı, mətbuat və söz plüralizmi hər zaman təmin olunur:

"Azərbaycan müstəqillik qazandıqdan qısa müddət sonra Prezident Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi ilə Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlandı və kütləvi informasiya vasitələrinin rasionallığının artırılmasında ciddi addımlar atıldı.
Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib, 15 mart 2003-cü il tarixində, Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində medianın inkişafında keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyulub. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu gün ölkədə 5 mindən çox media subyekti var".

Deputat vurğulayıb ki, ölkə rəhbərliyinə təqdim olunan "Jurnalistlərin dostu" mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür:

"Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırıblar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olub. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş "Jurnalistlərin dostu" mükafatına layiq görülüblər.

Mətbuat işçilərinin fədakarlıq və qəhrəmanlıq rəmzinə çevrildiyini deyən Tamam Cəfərova vurğulayıb ki, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmazdır:

"Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb oldu. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Bu gün Azərbaycan mətbuatı fəaliyyətində Zərdabinin "hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun" sözlərini unutmadan onun mənəvi mirasını gələcək nəsillərə uğurla ötürür.

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrini təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 980   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27 mart
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27 mart
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27 mart