"Bu gün qalib ölkənin media qurumlarının rəhbəri olmaq məni qürurlandırır" - Emil Əkbərov

"Bu gün qalib ölkənin media qurumlarının rəhbəri olmaq məni qürurlandırır" - Emil Əkbərov"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu".

Bu sözləri Azərbaycan mətbuatının yaranmasının 146-cı ildönümü ilə bağlı Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Akbarov söyləyib.

O bildirib ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin zəhmətləri sayəsində 22 iyul 1875-ci il tarixində Bakıda ana dilində çapdan çıxan "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb:

""Əkinçi" qəzetinin 1875-ci ilin iyulunun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Məhz ona görə "Əkinçi" qəzetinin ilk çapdan çıxdığı gün ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.

Heç kəsə sirr deyil ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra mətbuatımızın inkişafında yeni dövr başladı. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da ümummilli lider Heydər Əliyev imzalayıb.

Məlumat üçün qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyev mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. Ən önəmlisi, 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib və ulu öndərin 6 avqust 1998-ci il tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Bu gün, bütün sahələrdə olduğu kimi, mətbuatımıza da ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən xüsusi qayğı göstərilir. Dövlət başçısı İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının" təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, azad medianın inkişaf etdirilməi, mətbuatın maddi-texniki bazasını möhkəmləndirilməsi, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar həmin qayğının bariz nümunəsidir. Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsində, döyüş meydanında olduğu kimi, informasiya savaşında da bizi qalib etdi. Bu gün qalib ölkənin media qurumlarının rəhbəri olmaq məni qürurlandırır. 17 ildir ki, artıq mətbuatdayam və bu illər ərzində çalşmışam ki, rəhbərlik ediyimiz media qurumları peşəkarlıq və operativliyinə görə digərlərindən seçilsin. Gündəlik reytinqimiz qarşıya qoyduğumuz məqsədlərə çatdığımızın sübutudur. Komandamla birlikdə çalışacağıq ki, bundan sonrakı fəaliyyətimizdə də "Əkinçi" ənənələrinə sadiq qalaraq, dövlətimizə dəstək olaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1269   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

29 mart
.

Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir. -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan "Məhkəmələr və hakimlər haqqında" Qanuna təkli

29 mart
.

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə v

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəlik tələba

29 mart
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

29 mart
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş, 29 kitab müəllifi, Quranın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat veriblər. Onlar bildiriblər ki, tanınmış alim kiray

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart