Bu xəstəxanada saxta peyvənd sənədi verənlər ifşa edildi

Bu xəstəxanada saxta peyvənd sənədi verənlər ifşa edildiCovid-19 virusuna qarşı peyvənd vurulmasına dair məlumatları saxtalaşdıran vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Keçirilmiş əməliyyat tədbirləri ilə sözügedən tibb müəssisəsinin vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşlara peyvənd vurulmadan "Covid-19 vaksinasiyası üzrə məlumat forması"nda vaksin edilmələri ilə bağlı yalan məlumatları daxil etmələri müqabilində xəstəxananın inzibati binasında onlardan müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir./Axşam.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3486   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Ustalar.az ustalar sayti

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Saç tökülməsinə ÇARƏ TAPILDI!

Məhsul haqda ətraflı. Sifariş:055 239 54 49. Hörmətli dostlar nəzərinizə türkiyə istehsalı olan BLACK SERUM saç losyonunu təqdim etmək istərdim:. ⚜️Saç tökülməsinin qarşısını alır. ⚜️Yeni tüklər əmələ gətirir. ⚜️Saçlar daha tez uzanır. ⚜️Saçda kəpəyin qarşısını alır. ⚜️Saç yağlığını arada

18 avqust

Qocalmanı ləngidən sadə vasitə

Minnesota Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, "fizetin" adlı təbii maddə hüceyrələr səviyyəsində sağlamlığı yaxşılaşdırmaq və ömrü uzatmaq xüsusiyyətlərə malikdir.. . Bu flavonoid adi meyvə və tərəvəzlərdə var.. . Saglamolun.az EurekAlert-ə istinadla xəbər veri

23 iyul

Qarpız alarkən və yeyərkən nələrə diqqət etməli?

İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92 faizi sudan ibarətdir. Qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium və maqnezium kimi elementlərlə zəngindir.. . Qarpızın tərkibində olan likopen xərçəng əleyhinə güclü təsirə malikdir. Bundan əlavə, qarpız ürək-damar xəstəlikləri

22 iyul

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə bağlı ən çox verilən suallara CAVABLAR

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vətəndaşlar tərəfindən vaksinasiya ilə bağlı ən çox verilən sualları cavablandırıb.. . 1. "İmmunitet sertifikatı" nədir və kimlərə verilir?. . "İmmunite

22 iyul

Xoruldamağın altında ciddi xəstəlik ola bilər

Xoruldamağın altında ciddi səbəblər ola bilər.. . Türkiyəli həkim Şenel Alkır hər kəsin bunu yaşaya biləcəyini bildirib:. . "Fərqli problemlərdən qaynaqlanan xoruldamaq adətən burun, ağız və boğaza bağlı olsa da yaşam tərzi və vərdişlər də buna səbəb ola bilər.. . Uzun müddət davam edən, kəsik-kəsi

22 iyul

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı 7 MƏHSUL

Yüksək təzyiq insan sağlamlığına çox mənfi təsir edir, həyatını qısaldır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər üçün təzyiqi normada saxlamaq çox vacibdir.. . Bu işdə xüsusi dərman preparatları, pəhriz və fiziki aktivlik əsas rol oynayır.. . Elmi araşdırmalar göstərir ki, bəzi qida məhsulları təzyiq

22 iyul

Övladınızın "patı"-"şüşə" çəkdiyindən necə şübhələnməli? - 12 ƏSAS ƏLAMƏTƏ DİQQƏT!

Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan"şüşə -patı" bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur.. . Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr – 14-1

22 iyul

Evlərində toy edənlər karantin qaydalarını pozdular

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.. . Sonxeber.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayonun Cardam kənd

22 iyul

Operativ Qərargah MƏLUMAT YAYDI

Azərbaycanda son sutkada 17 min 67 nəfərə vaksin olunub.. . Sonxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.. . Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 mi

22 iyul