COVID-19 pasportu olmayanlar toya buraxılmadı - FOTO
Kürdəmirdə polis şadlıq evlərində profilaktik tədbirlər keçirib.
Sonxeber.az "report"a istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktik görüşlər keçirib.
Mərasim başlamazdan əvvəl keçirilən görüşlərdə polis əməkdaşları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşları da iştirak edib.
Görüşlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.
Həmçinin keçirilən tədbirlər zamanı toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.
Tədbirlər zamanı qayda pozuntusuna aşkar edildiyi saraylarda obyekt sahibləri barədə qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi qaydalarını pozduqlarına görə "Miraj" və "Nicat" şadlıq evlərinin hər ikisi ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 4000 manat cəriəmə olunub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1389 Tarix: 23 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021