"Xumar Qədimovanı sevirəm" - Hulusi Kılıç

"Xumar Qədimovanı sevirəm" - Hulusi KılıçSonxeber.az 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuş Hulusi Kılıçın kulis.az-a verdiyi müsahibəni təqdim edir:

- Hulusi bəy, xoş gördük! Sizi yenidən Azərbaycanda görmək çox xoşdur.

- Xoş gördük! Mənə də yenidən Azərbaycanda olmaq çox xoşdu. Bura çox tez-tez gəlirəm. Azərbaycan tarixi, möhtəşəm günlər yaşayır və bu günlərdə burada olmaq mənə çox əla təsir eləyir.

- Yaxşı edirsiniz. Bizim xalq da sizi sevir.

- Bizim xalq dediyiniz elə bizim xalqdır (gülür). Çox vaxt deyirlər, bura mənim ikinci vətənimdir, amma mən düşünürəm ki, vətənin birincisi, ikincisi olmur. Bura mənim vətənimdir. Türkiyə mənim üçün nədirsə, Azərbaycan da odur. Həmişə demişəm, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan bizim qardaşlarımızdı, ancaq Azərbaycan bizim əkiz qardaşımızdır. Aradakı fərq budur. Məsələn, biz ailədə beş bacı, beş qardaşıq. İnsanın birdən çox qardaşı ola bilər, amma əkiz qardaş nadir olur. Azərbaycan və Türkiyə əkiz qardaşdır. Şuşada imzalanan bəyannamə, Vətən savaşında göstərdiyimiz siyasi, diplomatik, hər cür dəstək də bunun sübutudur.

- Bura gələndə vaxtınızı necə keçirirsiniz?

- Hər fürsət tapanda gəlirəm. Burada çoxlu dostlarım var. Düzdü, hamısı ilə görüşməyə imkan olmur, ancaq çalışıram hamısına vaxt ayırım. Könlüm zəngindir, amma neyləyək ki, zaman cəhətdən kasıbam.

- Ədəbiyyatla aranız necədir?

- Yaxşıdır, amma çox əla olduğunu da deyə bilmərəm. Gündə azı yüz səhifə kitab oxuyuram, bunun nə qədəri ədəbiyyatdır, dəqiq bilmirəm. Siyasət, diplomatiya daha çox vaxtımı alır. Hadisələr, xəbərlər çoxdur və bunların hamısını izləmək lazımdır. Məsələn, zamandan geri qalmamaq üçün Putinlə Baydenin görüşünü mütləq izləməliyəm. Bu məsələlər çox vaxtımı alır, ona görə də ədəbiyyata yetərincə vaxt ayıra bilmirəm. Təəssüf ki...

- Azərbaycanla Türkiyə mədəniyyətini, ədəbiyyatını müqayisə edəndə, nə kimi fərqlər görürsünüz?

- Azərbaycan musiqidə Türkiyədən çox irəlidir. Ədəbiyyatı da yaxşı vəziyyətdədir. Mənə görə, Azərbaycanda tək əskiklik kino sahəsindədir. Film və seriallarda Azərbaycan Türkiyədən geri qalır. Türkiyə artıq film və seriallarda dünya liderlərindən sayılır. Azərbaycanın şairləri, aşıqları daha güclüdür. İlk Türk Dil Qurultayı da 1925-ci ildə burada keçirilib. Məsələn, Bəxtiyar Vahabzadə türk dünyasının çox önəmli bir şairidir. Məzarında həm Azərbaycan, həm Türkiyə bayrağının olması da çox gözəldir. Zəlimxan Yaqub da çox sevdiyim şairlərdən biri idi. Allah hər ikisinə rəhmət eləsin. Onların türk dünyası üçün xidmətləri çox böyükdür. Anar, Elçin, Çingiz Abdullayev - onlar da böyük yazıçılardır. Həmçinin, başda Üzeyir Hacıbəyov olmaqla, Azərbaycanın yetişdirdiyi musiqiçilər də türk dünyasında böyük yerə sahibdirlər.

- Sadaladığınız bu yazıçılarla şəxsi münasibətiniz, dostluğunuz varmı?

- Əlbəttə. Anar da, Elçin də, Çingiz də mənim dostlarımdır. Bir yerdə çörək kəsmişik. Elçinin"Ağ dəvə" əsəri çox sevdiyim əsərlərdəndir. Anardan, Çingiz Abdullayevdən də sevdiyim əsərlər var.

- Türkiyə ədəbiyyatından sevdiyiniz yazarlar kimlərdir?

- Türkiyə ədəbiyyatından da sevdiyim yazarlar var. Nazım Hikmət ən sevdiyim şairlərdəndir. Dünya miqyaslı şairdir. Yaşar Kamal da böyük yazıçıdır. Orxan Pamukun adını çəkməyəcəm, çünki məlum məsələlər var. Düzdür, gözəl yazıçıdır, amma bəlkə də elə "soyqırım" dediyi üçün Nobel mükafatına layiq görüldü. Bir yazıçı, bir şair heç bir şərt altında öz millətinin, dövlətinin mənafeyinin əleyhinə getməməlidir. Buna görə də onu böyük yazıçı saymıram. Adını çəkməyi belə lazım bilmirəm.

- Azərbaycana ilk gəlişiniz nə qədər müddət keçir?

- İlk dəfə 2008-ci ildə səfir kimi gəldim. 2012-ci ildə səfirlik müddətim bitdi. Türkiyəyə qayıdanda cənab İlham Əliyev məni "Dostluq" ordeni ilə təltif etdi. Onda prezidentə də dedim ki, mən bura öz vətənimə xidmətə gəlmişdim. Mənim üçün Azərbaycana xidmət etmək Türkiyəyə xidmət etmək, Türkiyəyə xidmət etmək Azərbaycana xidmət etməkdir. Buranı özüm seçdim. Başqa ölkəni də seçə bilərdim, ancaq öz xalqıma xidmət etmək istədiyim üçün Azərbaycana gəldim.

- Həmişə belə rəsmi geyimdə, kostyum-qalstukda olmaq sizi sıxmır?

- Həmişə belə geyinmirəm. Sadə köynək, şortik geyindiyim də olur. İndi verilişdən gəlirəm deyə belə geyinmişəm. İstəyirsiniz gedim, əynimi dəyişib gəlim (gülür).

- Yox, narahat olmayın, sadəcə maraqlı gəldi deyə soruşdum.

- Sərbəst geyimlər də geyinirəm. Həmişə kostyum-qalstukda gəzən adamlardan deyiləm.

- Bakıda ən çox nə etməyi sevirsiniz?

- "Tarqovı"da, Bulvarda gəzməyi... Dünən bulvarda gəzintiyə çıxmışdım. İndi sizə şəkil də göstərərəm. Xoşuma gəlir. Tanıyanlar çox olur. Yaxınlaşıb salamlaşırlar, şəkil çəkdirirlər. Bu şəkilləri çox paylaşmıram, çünki dostlarım Bakıda olmağımdan xəbər tutur, vaxt edib görüşə bilməyəndə də özüm narahat oluram.

- Mətbəximizdən hansı yeməkləri sevirsiniz?

- Azərbaycan mətbəxini çox sevirəm. Kabablar çox gözəldir. Ət yeməkləri çox ləzzətli olur burada.

- Elə bil, Azərbaycan yeməkləri Türkiyə yeməklərindən daha ləzzətli olur...

- Türkiyə yeməklərindən daha yaxşı ola bilməz, çünki Türkiyə mətbəxi Osmanlı mətbəxidir. Dünyanın müxtəlif mətbəx ölkələrindən nümunələr var. Liviya, Suriya, Bolqarıstan və digər ölkələrdən... Azərbaycan mətbəxi nisbətən məhduddur, çeşid azdır. Fikir vermişəm, azərbaycanlılar ağız dadını dəyişməyə meylli deyil. Türkiyəlilərdə bu sərhəd yoxdur. Çin mətbəxinə də rahat öyrəşərik, Fransa mətbəxinə də. Türkiyədə evdə bişən yeməklərin sayı daha çoxdur. Məsələn, badımcandan 50 növ yemək hazırlayırlar. Türkiyə mətbəxi zəngindir.

- Bizim adətlərimizdən hansılar xoşunuza gəlib, ya sizə maraqlı olub?

- Türkiyə ilə müqayisədə xoşuma gələn odur ki, burada qadınlar çox siqaret çəkmirlər. Ən azından küçədə, kafelərdə, fərqli məkanlarda bunu çox nadir halda görmək olar. Türkiyədə, təəssüf ki, belə deyil. Bir də buranın qadınları Türkiyənin böyük şəhərlərinin qadınlarına nisbətdə daha çox adət-ənənəyə bağlıdır, daha çox türk qadınıdır. Bu da xoşuma gəlir. Qadın-kişi münasibətləri də daha mədənidir.

- Musiqi zövqünüz necədir? Hansı janrda mahnıları dinləyirsiniz?

- Hər janrda musiqini dinləyirəm. Ritmik mahnıları sevirəm. 18 yaşlı gənclərin dinlədiyi mahnıları sevirəm, onlara qulaq asıram. Məsələn, Tarkanı sevirəm. Azərbaycanlı müğənnilərdən Xumar Qədimovanı sevirəm, Gülay Zeynallını dinləyirəm, Röyanı dinləyirəm. Tünzalə Ağayevanı, Brilyant Dadaşovanı dinləyirəm. Azərin zatən çox yaxın dostumuzdur.

- Muğamı sevirsiniz?

- Bəli, sevirəm. Muğam türk sənət musiqisi kimidir.

- Bir çox ölkələrdə olmusunuz. Mənə maraqlıdır, sizcə, dünyanın ən gözəl qadınları hansı ölkədədir?

- Ukrayna, Çexiya və Venesuella. Türk qadınları da gözəldir, amma bu sadaladığım ölkələrin qadınları daha gözəl olur. Fransızlar da pis deyil.

- Futbolla aranız necədi?

- Yaxşıdır. İzləyirəm. "Fənərbaxça" azarkeşiyəm. Türkiyə millisinin də buradakı oyunlarını izlədim, heyf ki, məğlub olduq. Şenol Günəş əslində, çox yaxşı məşqçidir, Türkiyəni dünya üçüncüsü etmişdi, amma bu dəfə çıxışımız yaxşı alınmadı.

- Sizinlə söhbətimiz Azərbaycanın qələbə günlərinə təsadüf edir. Sizcə, İkinci Qarabağ savaşı Azərbaycan mədəniyyətinə necə təsir edəcək?

- Elə təkcə Şuşa şəhəri türk dünyasının mədəniyyət mərkəzidir. Orada yetişən sənət adamları, şəxsiyyətlər Şuşanın bizim şah damarımız olduğunu göstərir. Qafqazın incisidir Şuşa. 30 illik ayrılıq bitdi. Bundan sonra Şuşa, Qarabağ yenidən mədəniyyət mərkəzinə çevriləcək. Oradan yenə böyük şəxsiyyətlər çıxacaq. Ən əsası, Azərbaycan xalqı ruh yüksəkliyi yaşayacaq və bu ruh yüksəkliyi yazmağa, yaratmağa kömək edəcək.

- Hulusi bəy, bizə vaxt ayırdığınız və xoş söhbətiniz üçün təşəkkür edirik.

- Siz sağ olun! Mənə də çox xoş oldu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1930   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Maşınlarını tıxacda saxlayıb yolun ortasında dalaşdılar - Video

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb. DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyət

20 aprel
.

Bu, ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi Kılıç

Həmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən təbii tərif sözləri ilə xatırlayar, məhz onların "möcüzə"lərindən ağız dolusu bəhs edər. İmkansızdır, yox olmaz deyənlər isə ümumiyyətlə, heç yada da düşməz, ya da ən yaxşı halda epizodik olaraq onlardan tarix kitablarında bəh

20 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel