"Regionların inkişafı hər zaman cənab İlham Əliyevin diqqət mərkəzində olub" - Deputat

"Regionların inkişafı hər zaman cənab İlham Əliyevin diqqət mərkəzində olub" - Deputatİstiqamət: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

"Bildiyimiz kimi, artıq 2004-cü ildən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə regionların sosial iqtisadi inkişafı istiqamətində dövlət proqamları qəbul olunur. Artıq 4-cü dövlət proqramının icrası həyata keçirilir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Cavid Osmanov deyib.

O bildirib ki, dövlət proqramlarının icrası nəticəsində hər bir bölgəmizdə inkişafın şahidi oluruq:

"2004-cü ildən başlanan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramınının icrası nəticəsində ölkəmizdə milyonlarla iş yeri açılıb, insanların məşğulluğu təmin edilib, qeyri-neft sektorunun inkişafı istiqamətində vacib addımlar atılıb. Dünən ölkə Prezidenti cənab İlham Əliyevin qərb bölgəsinə səfərləri çərçivəsində bir daha gördük ki, regionlarımızın hər bir bölgəsinin, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Regionların sosial-iqtisadi inkişafı hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olub.

Bu günlərdə elə Prezidentin fərmanı ilə təsdiq olunan yeni iqtisadi zonaların bölgüsü də açıq şəkildə göstərir ki, artıq işğaldan azad olunmuş ərazilərimizin də iqtisadi zona kimi inkişafı yeni bölgüdə öz yerini tapıb. Buraya Qarabağ iqtisadi zonası, o cümlədən, Şərqi Zəngəzur iqtisadi zonasını əlavə edə bilərik. Ölkəmizdə sənayenin, kənd təsərrüfatının, istehsal sahələrinin inkişafı yalnız qeyri-neft sektorunun inkişafına töhfə vermir, həmçinin idxalın azalmasının da qarşısını alır.

Beləliklə, Azərbaycan artıq idxal edən ölkədən daha çox, ixrac edən ölkəyə çevrilməkdədir. Bu, vacib amildir ki, sayəsində ölkədə çox sayda müəssisələr açılır, insanlar iş yerləri ilə təmin olunurlar, iqtisadi inkişaf artır, ölkədən valyutanın çıxmasının qarşısı alınır.

Ölkə başçısı cənab İlham Əliyevin bölgələrimizin inkişafını diqqət mərkəzində saxlaması, bir çox bölgələr üçün xarakterik sahələrin inkişafı, eyni zamanda innovativ tədbirlərin həyata keçirilməsi Azərbaycanın inkişafına böyük töhfə verir".
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Aysel Səmədli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 581   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel