Azərbaycanda ana tanışı ilə 18 yaşlı qızını tualetdə zəncirlə bağladı - YENİLƏNİB + RƏSMİ

Azərbaycanda ana tanışı ilə 18 yaşlı qızını tualetdə zəncirlə bağladı - YENİLƏNİB + RƏSMİBərdə rayonunda yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə rayon polis şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.

16:36
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 18 yaşlı qızın anası və onun tanışı tərəfindən fiziki zorakılığa məruz qalması barədə məsələyə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ Komitənin nəzarətindədir:

"Məsələ barədə lazımı tədbirlər görülür. Həmin şəxslərin əməllərində cinayət tərkibi sübuta yetirilərsə, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar".

15:37
Bərdə rayonunda 18 yaşlı qız anası və onun tanışı tərəfindən fiziki zorakılığa məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub:

"Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar".

DİN-dən qeyd edilib ki, faktla bağlı adı çəkilən şəxslər RPŞ-yə gətirilib, onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub:

"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7445   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı

Xaçmazda intihara cəhd hadisəsi olub. xəbər verir ki, hadisə Qobuqıraq kənd qəbiristanlığında qeydə alınıb. G.Zeynalova həmin qəbiristanlığa gələrək burada dəfn olunan qardaşının məzarı üstündə qarnına beş bıçaq zərbəsi vuraraq, özünə xəsarətlər yetirib. Məlumata görə, G.Zeynalovanın qardaşı bir neç

20 aprel
.

Ceyranbatan su kanalında bir nəfər batıb

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində bir nəfər batıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regiona

20 aprel
.

Xaçmazda dönərxana yanıb

Xaçmaz şəhərində yanğın baş verib. APA xəbər verir ki, Xaçmaz bazarının yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır

21 aprel
.

Mərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb. Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub. Bildirili

21 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Taxta bazarında zərərçəkən sahibkar: 70-80 min manatlıq ziyan dəyib

Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib. Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov "Report"a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb. "Yanğın qonşu sexdə

20 aprel
.

Kürdə batan Səmanın meyiti tapıldı

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu

21 aprel
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo,

24 aprel
.

Tayvan sahilləri silkələndi: Sunami təhlükəsi varmı?

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Hualien bölgəsindən 51 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəs

21 aprel