"Narkotik aludəçilərindən əvvəl, pul qarşılığında narkotiki himayə edən vəzifəlilər həbs olunsun" - Deputat

"Narkotik aludəçilərindən əvvəl, pul qarşılığında narkotiki himayə edən vəzifəlilər həbs olunsun" - Deputat"Narkotiki istifadə edənlərdən əvvəl, narkotiki himayə edənləri həbs etmək lazımdır".

Bunu Sonxeber.az-a açıqlama verən deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu mövzuya hər kəs prinsipial yanaşmalıdır:

"İndiyə qədər çox eşitmişik ki, vəzifəli şəxslərin çoxu narkotik aludəçisidir və yaxud da narkotiki himayə edir. Ona görə də ilk növbədə bu cür şəxslərin üzərinə getmək lazımdır. Bu, elə bir problemdir ki, sıradan insanlar işin arxasında durub himayə edə bilməz. Əgər narkotiki himayə edən qüvvələrə pul təslim edilməsə, heç vaxt bu qədər yayıla bilmzədi. Sözügedən məsələdə səlahiyyət sahibi olan, bu prosesin içində yer alan hər bir şəxsin əməli aşkara çıxarılmalı və onların məsuliyyətə cəlb olunması təmin olunmalıdır.

Narkotik maddə satan şəbəkəni hər kəs bilir və bu şəbəkənin də çökdürülməsi üçün bütün dövlət orqanları birlikdə ciddi tədbir görməlidir. Bu işi tək polisin üzərinə qoymaq olmaz. Polis onsuz da əlindən gələni edir. Daxili İşlər Nazirliyinin rəhbərliyi də bu istiqamətdə çox ciddi addımlar atır. Məsələ daha çox cəmiyyətlə bağlıdır. Digər qurumların hamısı səfərbər olmalıdır ki, bu bəladan cəmiyyətimizi qurtaraq.

Təəssüf ki, bu istiqamətdə mənfi proseslər davam edir. Bir çox hallarda da məlum olur ki, hansısa tanınan şəxslər bunun aludəçisidir. İstər musiqiçi, istər yazar, yaxud bloqer olsun - onların başını sığallamaqla məsələ yekunlaşmır. Ciddi şəkildə narkotik bəlası cəmiyyətdə yayılır. Narkotik aludəçisi olan qadınların da cəmiyyətdə tanınması məsələsi var.

Çox tez-tez eşidilir ki, hansısa vəzifəli şəxsin qohumu narkomandır, amma onu 20-30 ildir ki, gizlədirlər. Belə insanlar "toxunulmaz" olduqlarına görə istənilən vaxt ətrafa bu bəlanı yaya bilirlər. Cəmiyyəti narkomaniyadan xilas etmək üçün hər kəs prinsipial mövqe tutmalıdır".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2104   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel