Snayperlə vurulan şəhid Fərman Yaqublu dəfn edildi - YENİLƏNİB + FOTO
Dünən saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda xidmətdə olan gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
"Qafqazinfo" xəbər verir ki, F.Yaqublu bu gün Beyləqan rayonu Qəhrəmanlı kəndində dəfn edilib.
Şəhid Fərmanın atası Telman Yaqubov da Birinci Qarabağ müharibəsi şəhididir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. T.Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.
Fərman Yaqublu da atası kimi 27 yaşında şəhid olub.
Gizir Yaqublu Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.
11:38
Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlunun nəşi ailəsinə təhvil verilib.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvləri ilə yanaşı, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhidlə vida mərasimi başa çatdıqdan sonra dəfn olunmaq üçün son mənzilə yola salınıb.
Qeyd edək ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdu.
Şəhid Yaqublu Fərman subay idi və ailənin tək oğul övladı olub, 2 bacısı var.
Xatırladaq ki, F.Yaqublunun atası da 1994-cü ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2756 Tarix: 24 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM
Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar
28 martLənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"
28 martPaytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"
28 martAzərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)
Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo
28 martAzərbaycanda Araz Ağalarova məxsus olduğu bildirilən şirkət cərimələnir
"Crocus trading" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini
28 mart