"Ordumuz şəhidimizin qanını yerdə qoymadı və intiqamını artıqlaması ilə aldı" - DEPUTAT

"Ordumuz şəhidimizin qanını yerdə qoymadı və intiqamını artıqlaması ilə aldı" - DEPUTATXəbər verdiyimiz kimi, iyulun 23-ü, saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Kəlbəcər rayonu ərazisində sərhəddə baş vermiş atışma ermənilərin növbəti təxribatıdır:

"Ermənistanın növbəti təxribatı nəticəsində hərbçimiz şəhid oldu. Şəhidimizə Allahdan rərmət diləyirəm. İlk olaraq qeyd edim ki, ordumuz şəhidimizin qanını yerdə qoymadı və intiqamını artıqlaması ilə aldı. Son dövrlərin dinamikasını təhlil etdikdə görünür ki, Ermənistan sülh müqaviləsini bağlamaqda maraqlı deyil. Paşinyanın irəli sürdüyü şərtlər, konkret olaraq Sovet dönəmində mövcud olmuş sərhədlərdən geri çəkilmə, Qarabağın statusu və danışıqlar prosesinin Minsk qrupu çərçivəsində davam etdirilməsi qəbuledilməzdir.

Eyni zamanda, xarici qüvvələrin təsiri altında Zəngəzur dəhlizinin açılmasına maneçilik törədilir. Əvəzində Rusiyaya və İrana birbaşa çıxış tələb edirlər. Bu tipli tələbləri məğlub ölkə deyil, qalib ölkələr irəli sürə bilər. Ermənistanın belə ərköyün davranışlarına rəvac verən qüvvələr Avropa İttifaqı, Fransa və bir sıra dövlətlərin ikili standartlara əsaslanan siyasətidir. Azərbaycan Prezidenti İlham Əliyev bölgə ilə bağlı məsələlərin siyasi, iqtisadi aspektlərini açıqlayaraq bəyan etdi ki, "status" olmayacaq, Sovet dövründə rəsmən təsdiq olunmuş inzibati sərhədlər dövlət sərhədi kimi təsdiq olunmalı, Zəngəzur dəhlizi açılmalıdır. Kim 25 minlik erməni əhalisi üçün "status" tələb edirsə, öz ölkələrində verə bilər".

Deputat vurğulayıb ki, sərhəddə yeni təxribatların olacağı şübhəsizdir:

"Hərb meydanında əldə olunmuş nəticə diplomatik səviyyədə təsdiq olunmalıdır. Tam sabitliyin bərpa olunması üçün Ermənistan tərəfi mövcud reallıqları qəbul etməli, 10 noyabr və 11 yanvar razılaşmalarını icra etməlidir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8561   Tarix: 24 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021