Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər? - AÇIQLAMA

Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər? - AÇIQLAMASon bir neçə gündür ki, Ermənistanın təxribatları davam edir. Belə ki, iyulun 26-sı, saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Qeyd edək ki, Ermənistanın son günlər Kəlbəcər istiqamətində törətdiyi təxribatlar nəticəsində hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Əgər Ermənistan təxribatlarına davam etsə, yenidən hərbi əməliyyatlar başlaya bilərmi?

Bununla bağlı Sonxeber.az-a deputat Ceyhun Məmmədov danışıb:

"Bir neçə gündür ki, Ermənistan ordusu Kəlbəcər istiqamətində Azərbaycan silahlı bölmələrinin mövqelərini atəşə tutur. Ermənistanın təxribatı nəticəsində bir hərbi qulluqçumuz şəhid olub. Bu, bir daha onu göstərir ki, Ermənistan real vəziyyəti dərk etmir. Ermənistan hələ də Azərbaycanla düşmən münasibətlərini davam etdirir. Onlar 44 günlük Vətən müharibəsində uğradıqları ağır məğlubiyyətdən nəticə çıxarmayıblar. Azərbaycan ordusu Ermənistan tərəfinin hər bir təxribatına layiqli cavab verir.

Qeyd edim ki, atəşkəslə bağlı xahişi Ermənistan tərəfi etmişdi. 10 noyabr bəyannaməsi də Ermənistan rəhbərliyinin yalvarışlarından sonra imzalanıb. Belə ki, Ermənistan özü müraciət edərək kapitulyasiya aktına imza atdı. Ancaq Ermənistanın Azərbaycan bölmələrinə atəş açması bu ölkənin məkrli niyyətindən xəbər verir. Ermənistanın bütün təxribatlarının qarşısı alınır, bundan sonra da alınacaq. Bu təxribatlar əslində Ermənistanın təlaş içində olmasından və hakimiyyətdəki müəyyən boşluqlardan xəbər verir. Ermənistan konkret mövqe ortaya qoymalıdır. Sülh müqaviləsinə imza ataraq, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və atəşə son qoymalıdır".

Deputat vurğulayıb ki, Ermənistan təxribatlarına davam etsə, yenidən Azərbaycan ordusunun qətiyyətli addımı ilə qarşılaşacaq:

"Biz müharibəni Ermənistan məğlubiyyətindən nəticə çıxarsın deyə dayandırdıq. Amma bu gün bunu görmürük. Bu baxımdan Azərbaycan bütün zəruri addımları atacaq. Beynəlxalq təşkilatlar qarşısında da zaman-zaman məsələ qaldırılır. Əgər Ermənistan müharibə etmək istəyirsə və bu kimi təxribatlara davam edəcəksə, qarşılığını beşqat alacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdədir və yenidən müharibə olsa, Ermənistanın iflic olmuş ordusunu darmadağın edəcək. Ermənistan bu təxribatları ilə növbəti yalnışlığa yol verir.

Hesab edirəm ki, növbəti günlərdə də Ermənistan təxribatlarına davam edərsə, Azərbaycanın daha sərt cavabı ilə qarşılaşacaq və sərt şəkildə cəzalandırılacaq. Ermənistan 44 günlük Vətən müharibəsindən nəticə çıxarmalı və təxribatlarına son qoymalıdır. Əks halda təxribatlarının ağır cavabını alacaq.

Bu gün cənab Prezident İlham Əliyevin qətiyyətli iradəsi və mövqeyi ortadadır. Azərbaycan torpaqlarını azad edəcək, bütün məqsəd və hədəflərinə uğurla çatacaq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3388   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel