"Şəhid ailələrini aldadan hər kəsi şiddətlə qınayıram" - "YAŞAT" Fondunun rəhbəri ilə MÜSAHİBƏ

"Şəhid ailələrini aldadan hər kəsi şiddətlə qınayıram" - "YAŞAT" Fondunun rəhbəri ilə MÜSAHİBƏ"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov Sonxeber.az-a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Bir hərbçi kimi, 44 günlük müharibədəki qələbəmiz haqqında fikirlərinizi öyrənmək istərdik.

- 30 ilə yaxın idi ki, Azərbaycan xalqı öz doğma yurduna qayıdacağı günü gözləyirdi. Ötən il, sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə müzəffər ordumuz bir yürüşə çıxdı. Müharibənin bitdiyi zaman, yəni 44 günün tamamında Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, işğala son qoyuldu və düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Hər zaman deyirəm ki, qələbəni tək ordu qazanmır, qələbəni xalq qazanır. Burada xalqın özünün bir cəbhəsi var, informasiya cəbhəsi var. Hamımız birləşərək, ordunun, Ali Baş Komandanın yanında olduq.

Baxmayaraq ki, bizim ordumuzun maddi, texniki təminatı dünyanın ən inkişaf edən ordular sırasındadır, hər kəs bilir ki, Azərbaycan xalqı bütün gücü ilə cəbhənin yanında oldu, yardım etdi. Bunların fonunda da Azərbaycan ordusu qələbə qazandı.

- "YAŞAT" Fondu yarandığı gündən bu yana hansı işləri görüb?

- "YAŞAT" Fondu 2020-ci il tarixində cənab Prezidentin 1203 nömrəli fərmanı ilə yaradıldı. Yaradıldığı gündən etibarən də struktur formalaşdırıldı və dərhal fəaliyyətə başladı. 69 qrup formalaşdırıldı və bu qruplar elektron planşetlərlə təmin edildi. Bir qrup təcili müraciətlərin olduğu yerə yönəldildi, 68 qrup isə regionlarda fəaliyyətə başladı. Bütün şəhid ailələrinə tək-tək baş çəkildi. Biz onların problemlərini öz gözümüzlə gördük. Əməkdaşlırımız problemləri elektronlaşdırır, lazım gəlsə, hətta mənzilin şəkillərini də ora əlavə edirlər. Artıq bizdə məlumatlar var və təhlil olunur. Bunlar əsasında da ödənişlər həyata keçirilir.

- Elvin bəy, bölgələrdə olan qazilər diqqətdən kənar qaldıqlarından şikayətçi olurlar. "YAŞAT" Fondunun bölgələrdəki fəaliyyəti necə tənzimlənir?

- Hazırda 20 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Hər "ASAN xidmət" mərkəzinidən "YAŞAT" Fondu ilə işləmək üçün əməkdaşlar ayrılıb. Eyni zamanda, hər rayondan sosial işçilər cəlb olunub. Biz problemlər barədə həmin şəxslərin vasitəsi ilə məlumat əldə edirik. Sonda bütün məlumatlar təhlil olunur. Məlumatlar təhlil edildikdən sonra ödənişlər həyata keçirilir. Narazılıqlar ola bilər. Bizə aid, bizim fəaliyyətimizlə bağlı olan narazılıqları ən qısa zamanda həll etməyə çalışırıq. İstər regionlarda, istərsə də şəhərdə şəhid ailələri və qazilərimizlə bağlı ən xırda detala biz diqqət edirik. Onları narahat edən məsələlər ən birinci bizi narahat edir. Amma biz də onlara öz səlahiyyətlərimiz çərçivəsində dəstək oluruq.

"YAŞAT" Fondunun 4 fəaliyyət istiqaməti var: məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditlərinin qarşılanması, tibb və təhsil istiqamətləri. Bizdə təhsil, tibb və istehlak kreditlərinin qarşılanmasında vəsait təşkilatın özünə köçürülür. Banka borcu varsa, banka, təhsillə bağlı borcu varsa, universitetə, dərman alınacaqsa, aptekə ödənilir. Yalnız məişət şəraiti ilə bağlı olan zaman biz şəxsin özünə vəsait veririk. Qalan heç bir halda şəxsə vəsait ayrılmır.

Daha sonra isə verilən vəsaitin iddia edilən məsələ üçün istifadə olunmasının monitorinqləri həyata keçirilir. Televiziyalarda da bunun haqqında reportajlar verilir. Mən istirahət günlərində da monitorinqlər aparıram. Novruz bayramında 9 şəhid ailəsi ilə görüşdüm və onlardan ikisinin məişət vəsaiti üçün verilən pulu ev təmirinə xərclədiklərinin şahidi oldum. Ona görə də ayrılan vəsaitin həqiqətən iddia olunan problemə xərclənməsinə nəzarət üçün biz xüsusi əməkdaşlar ayırırıq.

"Şəhid ailələrini aldadan hər kəsi şiddətlə qınayıram" - "YAŞAT" Fondunun rəhbəri ilə MÜSAHİBƏ- Müharibədən qayıdan qazi və hərbçilərin bəziləri intihar edib. Müharibə iştirakçılarının psixoloji problemlərinin həll olunması üçün hansı tədbirlər görülür?

- Psixoloji durumla bağlı bizə müraciət edən bütün pasiyentlərin problemlərini aidiyyatı qurumlar ilə yerindəcə həll etmişik. Hətta lazım gəldikdə, onlar üçün avtomobil, ambulans da göndərilib. Daha sonra mütəxəssis və həkimlər tərəfindən nəzarət edilib. Təbii ki, bunun üçün müraciət etmək lazımdır.

- Türkiyədən başqa, qazilərin hansısa ölkələrə göndərilməsi nəzərdə tutulub?

- Hazırda qazilər Türkiyəyə göndərilirlər. Ümumilikdə 120 qazi Türkiyəyə göndərilib. Ağır yaralı qazimizin əməliyyatı bizim ölkəmizdə mümkün olmadıqda, bu barədə səhiyyə təşkilatları bizə rəsmi məlumat verirlər. Ondan sonra biz onları ölkə xaricinə çıxarırıq. Niyə məhz Türkiyəyə göndəririk? Ona görə ki, biz Türkiyə ilə qardaş ölkəyik. Bizim vətəndaşlarımız, qazilərimiz ora gedəndə özünü yad ölkədə hiss etmirlər. Kommunikasiya və ünsiyyət problemi yaşanmır. Bu günə qədər Türkiyədən hansısa qazinin müalicəsi ilə bağlı imtina cavabı gəlməyib. Elə bir hal baş versə, başqa ölkələrə müraciət edərik.

- "YAŞAT" Fonduna daxil olan maddi yardımın davamlılığını qorumaq üçün özəl sektorların üzərinə hansı məsuliyyət düşür?

- "YAŞAT" Fondunun maliyyə dəstəyi ianələrdir və dövlət büdcəsindən daxil olma yoxdur. İanə könüllü olaraq fiziki və hüquqi şəxslər tərəfindən ödəlinir. İanələrin davamlı olması üçün tərəfimizdən bir çox şirkətlərlə danışıqlar aparılır, bir çox metodlar üzərində işlənilir. Biz bir çox şirkətlərlə niyyət protokolu imzalamışıq. 5 il müddətinə hər ay müəyyən məbləğdə "YAŞAT" Fonduna ianə edəcəklər.

- Bu günə qədər neçə qazimiz müalicə alaraq sağılıb?

- 112 qazimiz Türkiyəyə göndərilib və onlardan 48-i sağalıb. Ümumilikdə, şəhid ailələri və qazilər daxil olmaqla, 1000-dən çox şəxsi tibb istiqaməti üzrə dəstəkləmişik.

- Bu yaxınlarda bəzi şəxslər özlərini jurnalist kimi təqdim edib və şəhidlərə film çəkiləcəyini deyərək şəhid ailələrindən pul alıblar. Bu barədə fikirləriniz nədir? Bu işbazların qarşısını necə almaq olar?

- Müharibənin getdiyi dövrdə Azərbaycan xalqı yardım edirdi. Yardımlar, dəstəklər pərakəndə halda olurdu. Vətəndaşlarımızın tələbi ilə vahid bir platformanın yaradılması çağırışı var idi. Cənab Prezident də, bu çağırışa cavab olaraq, "YAŞAT" Fondunu yaratdı. "YAŞAT" Fondu bir növ xalqla qazilər və şəhid ailələri arasında "körpü" yaradan platformadır. Xalq ianəni Fonda edir, Fond da təyinatı üzrə ehtiyacı olan şəxslərə yardım göstərir.

Hansısa bir ad altında şəhid ailələrini aldatmaq, onlara "biz film çəkəcəyik, reportajlar hazırlayacayıq" kimi vədlərlə ümid verib aldatmaq doğru deyil. Mən bunu şiddətlə qınayıram. Şəhid ailələri, qazilərimiz bizə əmanəıtdirlər və onlara pis niyyətlə əl uzadılmamalıdır.

"Şəhid ailələrini aldadan hər kəsi şiddətlə qınayıram" - "YAŞAT" Fondunun rəhbəri ilə MÜSAHİBƏ- Qazilərin gələcəkdə işlə təmin olunması üçün hansısa tədbirlər görülürmü?

- Mən Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa bəylə qazilərin işlə təmin olunmasını müzakirə etmək üçün görüşdüm. Sosial Müdafiə Naziliyi də Məşğulluq İdarəsi ilə birlikdə marafon keçirdir. Məndə olan məlumata görə, orada kifayət qədər vakansiyalar var. Önəmli olan isə qazilərimizin həmin ünvanlara müraciət etməsidir.

- Şəhidlərin övladları üçün ayrılan vəsaitlər neçə yaşa qədər davam edəcək?

- Bu vəsaitlər sentyabrın 27-də başlayan müharibədən sonra doğulan şəhid ailələrinə aiddir və 18 yaşa qədər artan faizlə yığılır. 18 yaşında isə şəxs o vəsaiti götürə bilər. Nəticədə, şəhid övladı müstəqil həyata addım atanda əlində müəyyən məbləğdə pul olur.

- Sizin döyüş yoldaşlarınızdan şəhid, qazi olanlar oldumu?

- Mən 17 ildir ki, orduda kursant, yaxud da zabit kimi xidmət etmişəm. Bəli, olub. Onların çoxu ilə eyni qabdan yemək yemişik. Hətta bir neçəsini öz silahldaşlarımızla birlikdə məzara qoymuşuq. Mən həyatda ünsiyyətdə olduğum çox insanı itirdim. Saysam, siyahını istədiyiniz qədər uzada biliərəm. Biz başa düşürük ki, müharibə itkisiz olmur. Bizim üzümüz gülsə də, qəlbimiz heç vaxt gülmür, çünki bizim ən dəyərli insanlarımız, dostlarımız, qardaşlarımız bu məmləkət uğrunda şəhid, qazi olublar. Biz gözü olmayan qazilərimizə göz, əli olmayanlara əl olmalıyıq və şəhid ailələrinə dəstək olub yanlarında durmalıyıq.

"Şəhid ailələrini aldadan hər kəsi şiddətlə qınayıram" - "YAŞAT" Fondunun rəhbəri ilə MÜSAHİBƏAysel Yusifqızı
Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 719   Tarix: 29 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel