"İki qüdrətli dövlətin Azərbaycanın yanında olması gücümüzə qüc qatır" - Deputat

"İki qüdrətli dövlətin Azərbaycanın yanında olması gücümüzə qüc qatır" - DeputatXəbər verdiyimiz kimi, iyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq, Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi üç ölkənin qanunverici orqanları arasında yeni formatdır və tarixi hadisə hesab olunur:

"Bəyannamənin hərbi-siyasi əhəmiyyətinə gəldikdə, 44 günlük Vətən müharibəsində bunun real nəticələrinin şahidi olduq. Müharibə dövründə Bakının küçələrində Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayraqları da dalğalanırdı. Hər iki dövlət ilk gündən ölkəmizin yanında olduğunu bəyan etdi və bir neçə istiqamətdən gələn təhdidlərin cavabını qətiyyətlə verərək, Ermənistanı dəstəkləyən qlobal güclərin neytrallaşdırılmasında mühüm rol oynadı.

Son günlər bizə özlərini "qəhrəman" kimi sırımaq istəyənlərə Pakistanın Baş Naziri, Azərbaycan xalqının dostu İmran Xanın cavabları tam yerində oldu və heç zaman unudulmayacaq. Eyni ilə həmin mövqeni Şərqi Aralıq dənizi ətrafında gedən regional məsələlərdə Pakistan qardaş Türkiyəyə qarşı da göstərib. Pakistan nüvə silahına malik yeganə müsəlman dövlətidir, beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində xüsusi çəkiyə malikdir. Bu ölkənin güclü ordusu, hərbi-sənaye kompleksi mövcuddur.

Türkiyə də nəinki regional, eyni zamanda qlobal siyasətdə aktiv rol alan, sözünü demiş ölkədir. Belə ki, Türkiyənin Orta Şərqdə, Afrikada, Avropada apardığı siyasət beynəlxalq hüquqa, ədalətə söykənir. Bundan əlavə, Türkiyə hər zaman əzilmiş xalqları müdafiə edib".

Deputat vurğulayıb ki, Azərbaycanla hər iki ölkənin sənaye strukturları arasında ciddi əməkdaşlıq mövcuddur:

"Hərbi kadrların hazırlanması, birgə istehsal sahələrinin yaradılması nəzərdə tutulur. İqtisadi-ticari əməkdaşlıq, elmin, təhsilin, texnologiyaların inkişafı, mədəni əlaqələrin genişləndiriməsi istiqamətində addımlar atılır. Zəngəzur dəhlizi açıldıqdan sonra Pakistan-Türkiyə nəqliyyat-logistika əməliyyatları daha intensiv xarakter alacaq. Türkiyə və Pakistan kimi iki qüdrətli dövlətin Azərbaycanın yanında olması gücümüzə qüc qataraq beynəlxalq müstəvidə nüfuzumuzu artırır. Üç qardaş ölkənin yeni formatda əməkdaşlığı tarixi zərurətdir və cənab Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici siyasətinin nəticəsidir. Bu əməkdaşlığın daha sıx şəkildə aparılması üçün müvafiq qanunvericilik bazasının yaradılması isiqamətində Azərbaycan Milli Məclisi öz üzərinə düşən vəzifələri vaxtında icra edəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1705   Tarix: 28 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

20 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel